Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Tiroidektomiya əməliyyatı icbari tibbi sığorta ilə ödənişsizdir

05.07.2024, 06:25

Düyünlü zob və ya qalxanabənzər vəzin düyünlərini aradan qaldırmağın əsas cərrahi müalicə üsullarından biri tiroidektomiya – tiroid (qalxanabənzər) toxumasının çıxarılması əməliyyatıdır. Tiroidektomiya əməliyyatı tiroid vəzinin tamamən və ya qismən xaric edilməsi üçün aparılan cərrahi əməliyyatdır. 2022-ci ildən 2024-cü ilin ilk 4 ayını əhatə edən dövr ərzində icbari tibbi sığorta hesabına bununla bağlı 3049 əməliyyat icra olunub.

Qalxanabənzər vəzi (tiroid) boynun ön-aşağı hissəsində qığırdağın altında traxeyanın önündə yerləşir. Kəpənək formasında olan  qalxanabənzər vəzi  hormon istehsal edən endokrin orqandır. Tiroid orqanizmdə maddələr mübadiləsini tənzimlənməsində önəmli rol oynayaraq bədəndə enerji istehsalını təmin edir və əzələlərin effektiv işləməsinə imkan yaradır.

Qalxanabənzər vəzin bədxassəli şişi, xəstənin sağlamlığı üçün təhlükə yarada bilən düyün və ya şişlər, qalxanabənzər vəzin sürətlə böyüməsi və konservativ müalicəyə tabe olmaması, həmçinin bəzi hallarda xəstəliyin xronikləşməsi zamanı konservativ müalicənin effektiv olmaması trioidektomiya üçün göstəriş hesab olunur.

İcbari tibbi sığorta ilə  qalxanabənzər vəzin və qalxanabənzər ətraf vəzilərin (paratiroid) tam və ya bir hissəsinin çıxarılması, qalxanabənzər vəzin bir payının xaric edilməsi (lobektomiya), qalxanabənzər vəzi birləşdirən toxuma zolağının (istmusun) çıxarılması əməliyyatları ödənişsiz həyata keçirilir.

Qalxanabənzər vəzin funksional pozğunluqlarını fiziki müayinə, USM və rəngli doppler müayinəsi, tiroid stimulyasiyaedici hormon (TSH), triiodotironin (T3), tiroksin (T4), tiroid hormon birləşdirmə nisbəti (THBR), larinqoskopiya metodu ilə səs tellərinin müayinəsi və qalxanabənzər vəzinin açıq biopsiyası  əsasında aşkar etmək mümkündür. Sadalanan instrumental və laborator müayinələr icbari tibbi sığorta hesabına aparılır.

Tiroidektomiya ilə bağlı laboratoriya xidmətləri, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, yatış müddətində təyin edilmiş laborator və instrumental müayinə, manipulyasiyalar, histopatoloji, sitopatoloji müayinələr, qan və ya qan komponentləri icbari tibb sığorta ilə qarşılanır.

Troidektomiya əməliyyatı icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində və  Milli Hematologiya və Transfuziologiya Mərkəzində  həkim göstərişi  əsasında icra olunur.

Son xəbərlər

İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue
Yanıqların müalicəsi zamanı dəri köçürülməsi icbari tibbi sığorta hesabına aparılır
02.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
29.01.2026
Ətraflı oxu arrow-right-blue