Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

İcbari tibbi sığorta ilə prostat vəzin adenomasının əməliyyatı kəsiksiz aparılır

18.07.2024, 07:26

Prostat vəzi - sidik kisəsinin altında və sidik yolunun ətrafında yerləşən orqandır. Bu orqan böyüdükdə sidik kanalını sıxır. Nəticədə sidik kisəsi tam boşalmır, gündüzlər və gecələr qəfil və ya tez-tez sidiyə çıxmaq istəyi, sidik axınının təzyiqinin azalması, urinasiya zamanı gücənmə, yanma, göynəmə və ağrı kimi simptomlar yaranır. Bu simptomlar olduqda dərhal həkim-uroloqa müraciət etmək lazımdır. 

İlk olaraq pasiyent həkim tərəfindən fiziki müayinə olunur. Xəstəliyin dəqiq diaqnostikası üçün həkim tərəfindən laborator və instrumental müayinələr təyin oluna bilər. Laborator müayinələrə sidiyin ümumi analizi, qanda ümumi və sərbəst prostat spesifik antigenin (PSA) təyini daxildir. İnstrumental müayinələr üçün uroloji ultrasəs müayinəsi, ehtiyac olduqda transrektal USM, KT və MRT müayinələri tövsiyə olunur. Bundan başqa, sidik ifrazat sisteminin funksiyasını dəyərləndirmək üçün uroflumetriya müayinəsi təyin oluna bilər. Ümumi müayinələrin nəticələri əsasında prostat vəzinin bədxassəli inkişafına şübhə olarsa prostat vəzinin biopsiyası da aparıla bilər.

Prostat vəzinin adenomasının dərman müalicəsinə tabe olmaması fonunda yuxarıda qeyd olunan simptomları aradan qaldırmaq məqsədi ilə prostatın transuretral rezeksiyası (TURP) əməliyyatı aparılır. TUR əməliyyatı bəzən prostat vəzin bədxassəli şişi, sidik kisəsinin polipləri və şişlərində, sidik kisəsi boynunun sklerozunda da tətbiq edilir.

Prostatın transuretral rezeksiyası (TURP) – dəridə kəsik aparılmadan  təbii sidik kanalından daxil olmaqla sidik axınına maneə törədən prostat vəzin toxumasının kəsilib götürülməsi əməliyyatıdır. Əməliyyat endoskopik üsulla vizual müayinə altında aparılır. Ağırlaşma olmazsa əməliyyatdan bir neçə gün sonra pasiyent ambulator müalicə üçün evə buraxılır.

Qeyd edək ki, instrumental və laborator diaqnostik müayinələr, reanimasiya, anesteziya,  əməliyyat və yatış zamanı istifadə olunan dərman və tibbi sərf (kateter), biopsiya və əməliyyat zamanı götürülən toxumanın histoloji müayinəsi, yatış müddətində  qidalanma icbari tibbi sığorta ilə tam qarşılanır.

2022-2024-cü il (ilk 4 ay) tarixlərində icbari tibbi sığorta ilə 3385 TURP əməliyyatı icra olunub. Beynəlxalq kliniki protokola görə prostat vəzin həcmi 80 sm³-ə qədər TURP əməliyyatı, daha böyük həcmlərdə isə başqa əməliyyat növləri icra edilə bilər. Bu əməliyyatın açıq əməliyyatdan üstünlüyü ondan ibarətdir ki, sidik kisəsinin tamlığı pozulmur. Bədəndə heç yerdə kəsik açılmadığı üçün pasiyentin  əmək qabiliyyəti tez bərpa olunur. Əməliyyatdan sonra sidik ifrazının pozulması ilə bağlı kişilərin həyat keyfiyyətinə mənfi təsir göstərən simptomlar aradan qalxır.

TURP əməliyyatı icbari tibbi sığorta hesabına TƏBİB-in tabeliyində olan Mərkəzi Neftçilər Xəstəxanası, Kliniki Tibbi Mərkəz, Nərimanov Tibb Mərkəzi, M. Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası, Yeni Klinika, Gəncə Birləşmiş Şəhər Xəstəxanası və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində göndəriş əsasında icra olunur.

Son xəbərlər

Zaur Əliyev Kəlbəcər şəhərində vətəndaşları qəbul edib
18.03.2026
Ətraflı oxu arrow-right-blue
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə icbari tibbi sığorta ilə 109 mindən çox tibbi xidmət göstərilib
11.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue