Loading...

Gəncə şəhərində uşaqlar tibbi müayinədən keçib

29.07.2024, 12:03

26-27 iyul tarixlərində Gəncə Şəhər Birləşmiş Xəstəxanasında icbari tibbi sığorta çərçivəsində 18 yaşadək uşaqlar arasında tibbi müayinə keçirilib.

İki gün ərzində böyük əksəriyyəti Gəncə şəhərindən olmaqla Samux və Göygöl rayonlarından olan 550 uşaq müayinə olunub. Müayinələr Gəncə Şəhər Birləşmiş Xəstəxanasında aparılıb. Müayinələr  Respublika Pediatriya Mərkəzi, Şəmkir Rayon Mərkəzi Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası və Liv Bona Dea Hospitalından dəvət olunmuş pediatr, radioloq, uşaq cərrahı ixtisasları üzrə çalışan həkimlər tərəfindən aparılıb.

Şikayətlər əsasən fiziki inkişafdan geri qalma, vitamin çatışmazlığı, sidik-cinsiyyət orqanlarının anomaliyaları, döş qəfəsin deformasiyası, revmatoloji və nevroloji xəstəliklərlə bağlı olub.

Fiziki müayinələrdən sonra tibbi göstəriş olan xəstələrdə qanın ümumi analizi, ultrasəs və rentgenoloji müayinələr aparılıb. Müayinələr nəticəsində 7 uşağa qasıq yırtığı, cinsiyyət orqanın burulması (penil torsiyon), kriptorxizm (enməmiş xaya), hidronefroz (böyrək genişlənməsi), meatal stenoz (sidik kanalının xaricə açılan çıxışının daralması) diaqnozu qoyularaq əməliyyat təyin olunub. Astma əlamətləri olan bir neçə uşaq müayinə və müalicə üçün Bakı şəhərində yerləşən ixtisaslaşmış xəstəxanaya yönləndirilib.

Bundan başqa, medikamentoz müalicəyə ehtiyacı olan uşaqlara reseptlər yazılıb. Valideynlərə uşaqların sağlam inkişafı üçün vacib olan məsləhətlər verilib, immunoprofilaktika tədbirlərinin xəstəliklərin fəsadlarının aradan qaldırılması baxımından əhəmiyyəti izah olunub.

Tibbi müayinənin keçirilməsində əsas məqsəd uşaqların sağlamlığını qorumaq, fiziki inkişafını təmin etmək və sağlamlıqla bağlı problemlərini ilkin mərhələdə aşkar edərək əlillikdən, xəstəliklərdən mühafizə etməkdir.

Qeyd edək ki, tibbi müayinələr İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan Nümayəndəliyi arasında icra olunan “Uşaqların tibbi müayinəsinə dəstək” layihəsi çərçivəsində, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin təşkilatçılığı və KOICA Azərbaycanlı Məzunlar Assosiasiyasının maliyyə dəstəyi ilə keçirilib.

Məlumat üçün bildirək ki, müayinədə iştirak edən həkimlərdən üçü Agentlik tərəfindən icra olunan “Tibb müəssisələrində ixtisaslı kadr çatışmazlığının aradan qaldırılmasına dair 2023-2024-cü illər üçün Proqram” çərçivəsində Gəncə ŞBX, Mingəçevir ŞMX və Şəmkir RMX- da çalışır.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri