Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

İcbari tibbi sığorta ilə 2000-ə yaxın burun çəpəri əməliyyatı icra olunub

23.12.2024, 06:42

Burun çəpər əyriliyi burun boşluğunu iki hissəyə ayıran qığırdaq və sümükdən ibarət çəpərin əyilməsi nəticəsində yaranan bir vəziyyətdir. Bu hal burun tənəffüsünü çətinləşdirdiyi üçün yuxunun pozulmasına, baş ağrıları və ümumi həyat keyfiyyətinin azalmasına səbəb ola bilər.

2024-cü ilin yanvar-iyun ayları ərzində icbari tibbi sığorta hesabına 2000-ə yaxın burun çəpəri əməliyyatı icra olunub. 

Qeyd edək ki, burun çəpər əyriliyi irsən keçə və anadangəlmə ola bilər. Bundan başqa travmalar, burun polip və ya törəmələrinin təzyiq etməsi kimi səbəblərin təsirindən də yarana bilər. Çəpər əyriliyi olan xəstələrdə təkrarlanan burun tutulması, kəskin və xronik sinusitlər, xoruldama, burundan tez-tez qan axması, orta qulağın iltihabı, eşitmə və iybilmə funksiyalarının pisləşməsi kimi şikayətlər ola bilər. Burun çəpər əyriliyinin müalicəsi yalnız cərrahi yolla mümkündür. Lakin əyriliyin mövcudluğu faktı cərrahi müdaxiləyə göstəriş deyil. Çəpər əyriliyi burun tənəffüsünün çətinləşməsinə, diskomfort və yanaşı xəstəliklərə səbəb olduğu hallarda əməliyyat icra edilir.

Əməliyyatdan əvvəl diaqnozun dəqiqləşdirilməsi üçün burun rentgenoqrafiyası, tibbi göstərişə əsasən KT, MRT və laborator analizlər kimi bir sıra diaqnostik müayinələr aparılır. Bu müayinələr, eləcə də, əməliyyatın xərci icbari tibbi sığorta çərçivəsində qarşılanır.

Məlumat üçün bildirək ki, burun çəpər əyriliyi ilə bağlı əməliyyatlarda müasir tibbi texnologiya və beynəlxalq standartlara uyğun tibbi alətlərdən istifadə olunur. 

İcbari tibbi sığorta ilə sözügedən əməliyyat tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrində (özəl və müvafiq dövlət qurumlarının tabeliyindəki) icra olunur.

Son xəbərlər

Zaur Əliyev Kəlbəcər şəhərində vətəndaşları qəbul edib
18.03.2026
Ətraflı oxu arrow-right-blue
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə icbari tibbi sığorta ilə 109 mindən çox tibbi xidmət göstərilib
11.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue