Loading...

Media nümayəndələri üçün “Tibbi savadlılıq” mövzusunda təlim keçirilib

28.12.2024, 17:34

TƏBİB-in təşkilatçılığı ilə müxtəlif media qurumlarının nümayəndələri üçün “Tibbi savadlılıq” mövzusunda təlim keçirilib. Təlim TƏBİB-in “2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyası” çərçivəsində təşkil olunub.

Təlimdə ilk olaraq “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan şəxslərin xatirələri 1 dəqiqəlik sükutla yad edilib.

Açılış nitqi ilə çıxış edən TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova ilk olaraq departamentin 2024-cü ildəki fəaliyyəti və uğurları barədə məlumat verib.

“Tibb işçilərinin və vətəndaşların işə qəbul prosesinin optimallaşdırılması məqsədilə Karyera portalı istifadəyə verilib. Tabeli tibb müəssisələrinin vahid saytının yaradılması prosesinə başlanılıb. Tabeli tibb müəssisələrində ictimaiyyətlə əlaqələr işinin təşkilinin təkmilləşdirilməsi məqsədilə zəruri normativ hüquqi aktlar, təlimat, media planlar hazırlanıb, təlimlər təşkil edilib”.

Z.Ədilova bildirib ki, 2024-cü il ərzində müxtəlif media subyektlərindən ümumilikdə 2 342 sorğu daxil olub:

“Onlardan 2 277-si (97,2%-i) cavablandırılıb. Cavablandırılmayan sorğular isə TƏBİB-in səlahiyyətlərinə aid olmayan məqamlarla bağlı olub. 2024-cü ilin 11 ayı ərzində qurumun fəaliyyəti ilə bağlı 265 press-reliz hazırlanaraq media subyektləri vasitəsilə ictimaiyyətə çatdırılıb. Bundan başqa, televiziya kanallarının ünvanladıqları sorğular əsasında, eləcə də TƏBİB-in təşkil etdiyi müxtəlif görüş, təqdimat, açılış və sərgilərə dəvət olunan media nümayəndələri tərəfindən aparılan çəkilişlərin sayı 1 800-dən çox olub. Media orqanları üçün eksklüziv olaraq TƏBİB-in İcraçı direktorunun 10 müsahibəsi təşkil edilib”.

İl ərzində Yeni Klinikaya, Lənkəran, Qəbələ rayon mərkəzi xəstəxanalarına və Sumqayıt Tibb Mərkəzinə mediaturların təşkil olunduğunu qeyd edən Z.Ədilova 2025-ci ildə də sözügedən fəaliyyətin davam etdiriləcəyini qeyd edib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova çıxışında qeyd edib ki, cari il ərzində Agentlik əhali arasında 2 növ sorğunun keçirilməsini təmin edib:

“Belə ki, əhali arasında icbari tibbi sığorta haqqında məlumatlılıq və sığorta çərçivəsində göstərilən tibbi xidmətlərdən məmnunluq səviyyəsinin ölçülməsi ilə bağlı sorğu keçirilib. Bundan başqa,  Agentlik tərəfindən aparılan maarifləndirmə kampaniyalarının effektivliyinin ölçülməsi məqsədilə 2-ci sorğu həyata keçirilib. Sorğuların nəticələri əsasında tibbi xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi, həmçinin əhalinin məlumatlandırılması məqsədilə kommunikasiya kanallarının optimallaşdırılması nəzərdə tutulub”.

Departament rəhbəri çıxışında, həmçinin, sığorta hesabına ambulator şəraitdə qarşılanan dərmanların şərtlərini və digər yenilikləri media nümayəndələri ilə bölüşüb.

Daha sonra jurnalistlərin birbaşa iştirakı ilə əyani formada  ilk tibbi yardım üzrə mulyajlarla simulyasiya təlimi keçirilib, media savadlılığı və “Beyinin produktivliyi: hər sahədə uğurun birinci açarı” mövzularında təqdimatlar edilib.

Tədbirin rəsmi hissəsində TƏBİB-in İcraçı direktorun müavini Araz Nəsirov çıxış edərək bildirib ki, media nümayəndələri dövlət qurumları ilə ictimaiyyət arasında körpü rolunu oynayır. A.Nəsirov səhiyyə sahəsində aparılan işlərin doğru və ətraflı şəkildə vətəndaşlara çatdırılmasında iştirak edən media nümayəndələrinə təşəkkür edib.

Sonda təlimdə iştirak edən media nümayəndələrinə TƏBİB ilə səmərəli əməkdaşlığa, tibbi savadlılıq təlimində iştirakına görə sertifikatlar təqdim edilib.

Son xəbərlər

Podaqranın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
03.02.2025
Ətraflı oxu
Ötən il ərzində Agentliyə 11 688 vətəndaş müraciəti daxil olub
31.01.2025
Ətraflı oxu
Xoşxassəli beyin şişlərinin müayinə və cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
30.01.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 2932 sayda varikosel əməliyyatı icra olunub
27.01.2025
Ətraflı oxu
Zaur Əliyev Bərdədə vətəndaşları qəbul edib
24.01.2025
Ətraflı oxu
ATU tələbələri üçün istehsalat təcrübəsi imkanları genişləndirilir
24.01.2025
Ətraflı oxu
Bərdə rayonunda ilkin tibbi-sanitariya yardımı ilə bağlı pilot layihəyə başlanılır
23.01.2025
Ətraflı oxu
Ötən il ərzində icbari tibbi sığorta ilə 84 milyondan çox tibbi xidmət göstərilib
22.01.2025
Ətraflı oxu
Tənəffüs sistemi xəstəliklərinin diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır
13.01.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 2000-ə yaxın burun çəpəri əməliyyatı icra olunub
23.12.2024
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri