Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Tənəffüs sistemi xəstəliklərinin diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır

13.01.2025, 07:38

Tənəffüs sistemi xəstəliklərinin diaqnostika və müalicəsi xəstəliyin vaxtında aşkar olunması və insan sağlamlığını qorumaq üçün vacibdir. Tənəffüs sistemi xəstəliklərinin diaqnostika və müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində təminata alınıb.

Müasir müayinə üsulları sayəsində tənəffüs yolları xəstəlikləri dəqiq şəkildə müəyyən edilir. Rəqəmsal rentgen müayinəsi tənəffüs yollarını görüntüləməklə yanaşı, xəstəlik əlamətlərini erkən mərhələdə aşkarlamağa imkan verir. Spirometriya tənəffüs həcminin və sürətinin ölçülməsini əhatə edən xarici tənəffüs funksiyasının öyrənilməsi üsulu olub həm diaqnostik məqsədlə, həm də müalicənin effektivliyinin təyini üçün geniş istifadə olunur. Kompüter tomoqrafiyası (KT) vasitəsilə tənəffüs sistemi patologiyaları detallı şəkildə analiz olunur. Qeyd olunmuş müayinə metodları ilə yanaşı, tələb olunan laborator analizlərin (qanın ümumi analizi, qanın qaz tərkibinin, bəlğəmin müayinəsi və s.) icrası da icbari tibbi sığorta hesabına həyata keçirilir.

Tənəffüs sistemi xəstəliklərinin müalicəsi xəstəliyin növü, ağırlıq dərəcəsi və xəstənin ümumi sağlamlıq vəziyyəti nəzərə alınmaqla həyata keçirilir. Ağır hallarda xəstəxana şəraitində stasionar müalicə aparılır ki, bu da xəstələrin tənəffüs funksiyalarının bərpası üçün vacibdir.

Ağciyərlərin obstruktiv xəstəlikləri (tənəffüs yollarının daralması) zamanı xəstələrə bronxodilatatorlar, antibiotiklər, steroidlər və digər preparatlar təyin olunur və müntəzəm tibbi müayinə məsləhət görülür. Eyni zamanda, həyata keçirilən reabilitasiya xidmətləri, o cümlədən tənəffüs gimnastikası və fizioterapiya, ağciyərlərin funksional vəziyyətinin yaxşılaşdırılmasında mühüm rol oynayır. Xəstələrin həyat tərzinin dəyişdirilməsi, zərərli vərdişlərindən uzaqlaşmaları üçün tövsiyələr verilir. Belə kompleks tədbirlər sayəsində ağciyər xəstəliklərinin müalicəsində daha yaxşı nəticələr əldə edilir və xəstələrin həyat keyfiyyəti artırılır.

Vətəndaşlar Xidmətlər Zərfi ilə təminata alınmış tənəffüs sistemi xəstəlikləri üzrə müayinə və müalicə metodlarından tibbi göstərişə əsasən və ixtisaslı həkim təyinatı ilə yararlana bilərlər. Qeyd edək ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri və Səhiyyə Nazirliyinin tabeliyindəki müvafiq elmi-tədqiqat institutlarında həyata keçirilir.

Qeyd edək ki, qış ayları respirator xəstəliklərin artdığı bir dövrdür. Bu mövsümi xəstəliklər ağciyər və tənəffüs yolları ilə bağlı müxtəlif sağlamlıq problemlərinin yaranmasına səbəb ola bilər. Bronxit, pnevmoniya (xalq arasında sətəlcəm kimi tanınır) və ağciyərlərin obstruktiv xəstəlikləri vaxtında müayinə və müalicə tələb edir. Xüsusilə, risk qrupuna daxil olan şəxslərin - yaşlılar, uşaqlar və xroniki xəstəlikləri olanların vaxtında müayinə olunması önəmlidir.

Son xəbərlər

Zaur Əliyev Kəlbəcər şəhərində vətəndaşları qəbul edib
18.03.2026
Ətraflı oxu arrow-right-blue
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə icbari tibbi sığorta ilə 109 mindən çox tibbi xidmət göstərilib
11.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue