Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Xoşxassəli beyin şişlərinin müayinə və cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

30.01.2025, 07:23

Beyin şişləri beyindəki toxuma, sinir, qişa və damarlardan, eləcə də beynin endokrin və limfatik strukturlarından inkişaf edən yenitörəmələrdir. Bu şişlər xoşxassəli və bədxassəli olmaqla müxtəlif xüsusiyyətlərə malik ola bilər.

Xoşxassəli beyin şişlərinin müayinə və cərrahi müalicəsi icbari tibbi sığorta ilə qarşılanır. Ötən il ərzində Xidmətlər Zərfi çərçivəsində 450-dən çox xoşxassəli beyin şişinin çıxarılması əməliyyatı icra olunub. 

Xoşxassəli şişlər ləng inkişaf edir və orqanizmin digər hissələrinə yayılmırlar (metastaz vermirlər). Lakin ətraf toxumalara təzyiq göstərərək nəticədə nevroloji və şişin yerləşməsinə aid simptomlar əmələ gətirir və müəyyən ölçülərə çatdıqda həyati təhlükə yaratmağa başlayırlar. Beyin şişləri baş ağrısı, nitqin pozulması, yaddaş itkisi, görmə və eşitmə problemləri, başgicəllənmə, əl və ayaqlarda keyimə, hərəkətin çətinləşməsi, ürəkbulanma və ya qusma kimi simptomlarla müşahidə olunurlar.

Xəstəliyin diaqnostika və müalicəsi nevropatoloq və neyrocərrah tərəfindən aparılır. Pasiyentin şikayətlərinə əsasən həkim təyinatı ilə tələb olunan müayinələr icra edilir. Beyin şişlərinin aşkarlanması və müalicəsi üçün lazım olan ixtisaslı həkim müayinəsi, MRT, kontrastlı MRT, KT, ExoEQ, EEQ, laborator analizlər, digər müayinələr və cərrahi əməliyyat icbari tibbi sığorta hesabına qarşılanır.

Əsas müalicə üsulu kimi isə cərrahiyyəyə üz tutulur. İcra edilən cərrahi əməliyyat, stasionarda yatış zamanı istifadə edilən dərman, tibbi sərf və anesteziya, qidalanma, biopsiya və histopatoloji  müayinələr icbari tibbi sığorta təminatına daxildir.

İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur.

Məlumat üçün bildirək ki, beyin və digər lokalizasiyalı şişlərin inkişafı radiasiya, müxtəlif toksiki maddələrin təsiri, ətraf mühitin əhəmiyyətli dərəcədə çirklənməsi, genetik faktorlar, immun sisteminin zəifləməsi və s. ilə əlaqələndirilir. Beyin şişlərinin xüsusi profilaktik tədbirləri olmasa da, erkən diaqnoz xəstələrin sağalma şansını yüksəldir. Bu səbəbdən şübhəli simptomlar müşahidə olunarsa, vaxtında həkimə müraciət etmək çox vacibdir.

 

Son xəbərlər

Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue
Yanıqların müalicəsi zamanı dəri köçürülməsi icbari tibbi sığorta hesabına aparılır
02.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
29.01.2026
Ətraflı oxu arrow-right-blue
Naxçıvan Muxtar Respublikasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin filialı yaradılıb
27.01.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığortanın Xidmətlər Zərfinə koxlear implantasiya ilə bağlı 3 yeni tibbi xidmət əlavə edilib
27.01.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi mətbuat konfransı keçirib
27.01.2026
Ətraflı oxu arrow-right-blue
Ötən il icbari tibbi sığorta barədə genişmiqyaslı maarifləndirmə tədbirləri həyata keçirilib
23.01.2026
Ətraflı oxu arrow-right-blue
İnsultun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
13.01.2026
Ətraflı oxu arrow-right-blue
Valideynlər övladlarının laborator analiz nəticələrinə artıq “mygov” platformasında baxa biləcəklər
07.01.2026
Ətraflı oxu arrow-right-blue
“Regionlarda uşaqların tibbi müayinəsi” layihəsinin icrası başa çatıb
17.12.2025
Ətraflı oxu arrow-right-blue