Loading...

Agentliyin rəsmi internet səhifəsi “Ən yaxşı veb sayt” nominasiyasında qalib seçilib

07.02.2025, 09:58

Əhali arasında icbari tibbi sığorta sistemi barədə məlumatlılığın artırılması məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “2024-2026-cı illər üzrə Kommunikasiya Strategiyası” çərçivəsində 2024-cü ildə bir sıra tədbirlər uğurla icra olunub.

Agentliyin prioritet fəaliyyət istiqamətlərinə informasiya dəstəyinin təmin edilməsi məqsədilə müxtəlif istiqamətlərdə layihələrin icrası davam etdirilib. A.Əhmədovanın sözlərinə görə qurumun fəaliyyəti, Xidmətlər Zərfi, qanunvericilikdə dəyişikliklər və s. barədə əhalini məlumatlandırmaq üçün  91 sayda məlumat açıqlanıb. Mediadan daxil olan 524 sorğu, sosial media hesablarına göndərilən 4083 sorğu cavablandırılıb. Hər il istifadəçi sayında artım müşahidə olunan Agentliyin yenilənmiş rəsmi internet səhifəsi NETTY – Milli İnternet Mükafatının “Dövlət və elektron hökumət” istiqaməti üzrə “Ən yaxşı veb sayt” nominasiyasında qalib seçilib.

İcbari tibbi sığorta sahəsində maarifləndirici silsilə tədbirlərin həyata keçirilməsi davam edib. Dövlət, qeyri-dövlət qurumlarının, ali və orta təhsil müəssisələrinin pedaqoji heyəti, məktəblilər və onların valideynlərini, dini icmaların nümayəndələrini məlumatlandırmaq üçün ümumilikdə 28 604 nəfərin iştirakı ilə 440 sayda maarifləndirmə tədbiri keçirilib.

Maarifləndirmə kampaniyası çərçivəsində televiziya, radio və rəqəmsal platformalar üzərindən genişmiqyaslı informasiya işi həyata keçirilib. İlin əvvəlindən müxtəlif televiziya kanallarında icbari tibbi sığorta mövzusunda xüsusi verilişlər yayımlanıb, həftəlik proqramlar təşkil edilib və mütəxəssislərin iştirakı ilə müzakirələr aparılıb. Bununla yanaşı, Agentliyin “Facebook” səhifəsi üzərindən 27 canlı yayım reallaşdırılıb. Radio dalğalarında isə dinləyicilərə icbari tibbi sığorta sisteminin iş prinsipləri və istifadə qaydaları haqqında gündəlik məlumatlar təqdim olunub. Bütün bu tədbirlər sayəsində geniş ictimaiyyət icbari tibbi sığorta mexanizminin imkanları barədə daha ətraflı məlumatlandırılıb.

Qeyd edək ki, respublika üzrə 30 “ASAN Xidmət” və “ASAN Kommunal” mərkəzləri, 17 Dövlət Sosial Müdafiə Fondunun filialları, 7 DOST Mərkəzi, Bakı Regional Məşğulluq Filialı, Koroğlu Nəqliyyat Mübadilə Mərkəzi və 80 tibb müəssisəsi ilə əməkdaşlıq çərçivəsində ümumi olaraq 829 monitorda icbari tibbi sığorta sistemi ilə bağlı məlumatlandırıcı videoçarxlar nümayiş olunub. Habelə Bakı şəhərindəki açıq məkanlarda və 18 metro stansiyasında 71 reklam və məlumatlandırma lövhəsinin nümayişi davam etdirilib. İcbari tibbi sığorta sistemi və sağlam həyat tərzinə dair 26 növ maarifləndirici çap materialı hazırlanıb.

İcbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərə dair ölkə üzrə əhalinin məmnunluq və məlumatlılıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə sosioloji sorğular keçirilib. Keçirilmiş sosioloji sorğular əhalinin 95%-nin məlumatlı, 59%-nin isə tibbi xidmətlərdən məmnun olduğunu göstərir.

İctimaiyyətin məlumatlandırılması, media və QHT nümayəndələri ilə işin təkmilləşdirilməsi məqsədilə mətbuat konfransı, media-turlar və “Açıq qapı” günü həyata keçirilib.

Əhalinin icbari tibbi sığorta ilə bağlı maarifləndirilməsində Agentlik ilə əməkdaşlıq edən bütün tərəfdaşlarımıza dərin təşəkkürümüzü bildirir və yeni əməkdaşlıq imkanları ətrafında səmərəli layihələrin davam etdiriləcəyinə  inanırıq.

İcbari tibbi sığorta ilə bağlı məlumat əldə etmək və yeniliklərdən xəbərdar olmaq üçün qurumun internet saytını və sosial media hesablarını izləyə bilərsiniz.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri