Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Ana və uşaq üçün həyati təhlükə yaradan hamiləlik ağırlaşması icbari tibbi sığorta təminatındadır

18.02.2025, 05:43

Hamiləlik zamanı yaranan, həm ananın, həm də dölün sağlamlığı üçün ciddi təhlükə yaradan preeklampsiyanın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır. Preeklampsiya hamilənin qan təzyiqinin yüksəlməsi, proteinuriya (sidikdə zülalın miqdarının artması) və ödemlərlə xarakterizə olunan ciddi hamiləlik ağırlaşmasıdır. Bu vəziyyət hamiləliyin 20-ci həftəsindən sonra inkişaf edir. Xəstəliyin yaranma səbəbi plasentada (ciftdə) qan dövranının pozulması, immun sistemin pozğunluqları, ekstragenital xəstəliklər, qidalanma və ekoloji amillərlə əlaqələndirilir.

İxtisaslı həkim müayinəsi, ana və dölün sağlamlıq vəziyyətinin mütəmadi qiymətləndirilməsi, ambulator və stasionar müşahidə, USM və doppler müayinəsi, dölün ürək döyüntülərinə qulaq asılması (kardiotokoqrafiya), laborator analizlər və s. müayinələr, doğuş və klassik keysəriyyə kəsiyi əməliyyatı (tibbi göstəriş əsasında) icbari tibbi sığorta ilə qarşılanır.

Stasionar xidmət zamanı dərman, tibbi sərfiyyat və qidalanma icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Qeyd edək ki, vaxtından əvvəl doğulmuş körpələrin küvəzdə saxlanılması da icbari tibbi sığorta ilə təminata alınıb.

Hamilə qadın tibbi xidmətlərdən istifadə etmək üçün ilk növbədə yaşadığı ərazi üzrə qadın məsləhətxanasına, Ailə Sağlamlıq Mərkəzinə və ya digər ambulator xidmət göstərən tibb müəssisələrinə  yaxınlaşmalıdır. Tibb müəssisəsi tərəfindən hamiləliyin 30-cu həftəsindən sonra mübadilə vərəqəsi verilir, hamilə doğuşun təşkili üzrə TƏBİB-in tabeliyindəki müvafiq ixtisaslı dövlət tibb müəssisəsinə və ya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutuna yönləndirilir.

Fəsadlar arasında ciftin qopması, qanaxma, dölün bətndaxili inkişafının ləngiməsi və bətndaxili ölümü, insult, böyüklərdə tənəffüs çatışmazlığı, kəskin böyrək çatışmazlığı, ağciyər ödeminin inkişafı mümkündür. İlk hamiləlik, süni mayalanma, çoxdöllü hamiləlik, doğuşlararası zamanın 2 ildən az, 10 ildən çox olması, ananın yaşının 18-dən aşağı, 35-dən yuxarı olması, şəkərli diabet, xroniki hipertenziya, öncəki hamiləlikdə və ya ailə anamnezində (anada, bacıda) preeklampsiyanın olması bu xəstəliyin risk faktorlarıdır.

Preeklampsiya aşkar olunarsa, ana və dölün sağlamlıq vəziyyətini yaxından izləmək, mütəmadi tibbi müayinə və müalicə (pəhriz, fiziki aktivlik, antihipertenziv və qıcolma əleyhinə dərman preparatları)  təyin olunmalıdır. Ağır  preeklampsiya və eklampsiya zamanı isə hamilə qadın stasionar müşahidəyə alınır. Əsas müalicəsi hamiləliyin sonlandırılması, yəni döl və ciftin doğulmasıdır. Hamiləlik 37 həftəni keçibsə, hamiləliyin doğuşla və ya keysəriyyə kəsiyi ilə sonlandırılması tövsiyə olunur. Daha erkən hamiləlik müddətində, ağır preeklampsiya yaranırsa, ana və körpənin həyatı risk altındadırsa, vaxtından əvvəl təcili doğuş həyata keçirilə bilər.

Preeklampsiyanın yüngül, orta, ağır dərəcələri var. Ağır preeklampsiya zamanı kəskin baş ağrıları, ürəkbulanma və ya qusma, görmə pozğunluğu, daxili orqanların zədələnməsi əlamətləri - epiqastral və sağ qabırğaaltı nahiyyədə ağrılar, qəflətən yaranan və bütün bədəni əhatə edən yayılmış ödemlər (xüsusilə üz və ya bel-oma nahiyyəsi), sidik ifrazının azalması, sarılıq, dölün bətndaxili inkişafının ləngiməsi və s. kimi simptomlar müşahidə olunur.

Son xəbərlər

Zaur Əliyev Kəlbəcər şəhərində vətəndaşları qəbul edib
18.03.2026
Ətraflı oxu arrow-right-blue
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə icbari tibbi sığorta ilə 109 mindən çox tibbi xidmət göstərilib
11.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue