Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

İcbari tibbi sığorta ilə icra olunan əməliyyatlardan sonra 126 nəfər ilk dəfə səs eşidib

25.02.2025, 07:32

Koxlear implantasiya əməliyyatı anadangəlmə və ya sonradan yaranmış sensonevral eşitmə azlığı olan şəxslərə tətbiq olunur. Anadangəlmə ağır dərəcəli ikitərəfli eşitmə azlığı olan uşaqların yaş həddi 5 yaş (nitq qabiliyyəti yoxdur), sonradan yaranmış ağır dərəcəli ikitərəfli eşitmə azlığı olan şəxslərin yaş həddi isə 65 yaş kimi müəyyən edilir. 2024-cü il ərzində eşitmə qabiliyyətinin bərpası üçün 126 nəfərə icbari tibbi sığorta hesabına koxlear implantasiya əməliyyatı icra olunub.

İcbari tibbi sığorta ilə qarşılanan sözügedən tibbi xidmət 3 mərhələdən ibarətdir: pasiyentin müayinəsi, cərrahi əməliyyat və reabilitasiya dövrü.

Tibbi xidmətdən istifadə etmək üçün şəxs ilk növbədə TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrindən birində və ya Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında ixtisaslı həkimin (lor) müayinəsindən keçməlidir. Diaqnozun təyini məqsədilə icbari tibbi sığorta hesabına Bera test, KT, MRT və audiometriya müayinələri aparılır. Diaqnoz təsdiq edildikdən sonra ixtisaslı həkimin göstərişi əsasında vətəndaşa cərrahiyyə əməliyyatı təyin edilir. 

Xüsusi tibbi təchizat və təminat tələb edən koxlear implantasiya əməliyyatı göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrində icra olunur. Əməliyyat tibbi göstərişə əsasən təhlükəlilik dərəcəsinə görə növbəlilik prinsipi ilə icra olunur. Əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, koxlear implant sistemi (daxili cihaz), daxili cihazın yerləşdirilməsindən 1 ay sonra əməliyyat olunmuş hissənin sağalmasının gözlənilməsi şərtilə nitq prosessorunun (üst cihaz) yerləşdirilməsi, əməliyyatdan sonrakı 12 ay ərzində 3 dəfə cihazda səsin tənzimlənməsi, habelə reabilitasiya dövrü zamanı ətraf mühitə adaptasiya üçün 36 seans loqoped və 36 seans psixoloq xidməti icbari tibbi sığorta ilə qarşılanır.

Pasiyentin reabilitasiyası zamanı loqoped səs-tələffüz oxu və yazı kimi pozulmaların aradan qaldırılması istiqamətində təlimlər həyata keçirir, uşaqların eşitmə qavrayışı, nitqi, ünsiyyət qurma bacarığını inkişaf etdirir. Psixoloq isə davranış pozğunluğunun aradan qaldırılması, təfəkkür və qavramanın inkişafı ilə bağlı işlər aparır. 

Bu gün  “25 Fevral - Beynəlxalq Koxlear İmplant Günü”dür. Koxlear implantasiya olunmuş şəxslərdə eşitmə qabiliyyəti tam bərpa edilir və onlar ömürlük əlillikdən xilas edilirlər. Əməliyyat nəticəsində tam eşitmə və danışma məhdudiyyətli şəxslər normal həyat tərzinə qayıda bilir. Bu da təbii ki, onların peşəkar imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsinə, karyera və şəxsi həyatlarında uğur qazanmalarına səbəb olur.  

 

Son xəbərlər

İnsultun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
13.01.2026
Ətraflı oxu arrow-right-blue
Valideynlər övladlarının laborator analiz nəticələrinə artıq “mygov” platformasında baxa biləcəklər
07.01.2026
Ətraflı oxu arrow-right-blue
“Regionlarda uşaqların tibbi müayinəsi” layihəsinin icrası başa çatıb
17.12.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Sabirabad şəhərində vətəndaşları qəbul edib
16.12.2025
Ətraflı oxu arrow-right-blue
“İcbari tibbi sığorta ilə ambulator dərman təminatı” mövzusunda əczaçılıq şirkətləri və aptek təşkilatları ilə görüş keçirilib
16.12.2025
Ətraflı oxu arrow-right-blue
Xəzər Tibb Mərkəzinə mediatur təşkil olunub
11.12.2025
Ətraflı oxu arrow-right-blue
Media nümayəndələri və ictimaiyyətlə əlaqələr üzrə mütəxəssislər üçün “Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusunda təlim keçirilib
08.12.2025
Ətraflı oxu arrow-right-blue
Onkohematoloji xəstəliklərin diaqnostikası icbari tibbi sığorta hesabına həyata keçirilir
01.12.2025
Ətraflı oxu arrow-right-blue
Şəmkir Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub
28.11.2025
Ətraflı oxu arrow-right-blue
“İcbari tibbi sığorta sisteminin işləmə prinsipləri və tibbi xidmətlərin təşkili” mövzusunda təlim keçirilib
27.11.2025
Ətraflı oxu arrow-right-blue