Loading...

Bağırsaq xərçəngi riskini artıran kron xəstəliyinin müalicəsi icbari tibbi sığorta ilə qarşılanır

28.02.2025, 10:21

Kron mədə-bağırsaq sisteminin ağız boşluğundan düz bağırsaq da daxil olmaqla istənilən sahəsini zədələyə bilən xroniki iltihabi xəstəlikdir. Bu xəstəlik zamanı iltihabi proses bağırsaq divarında eroziya və xoraların əmələ gəlməsinə səbəb olur. Bunlar bağırsaq xərçənginin yaranma ehtimalını artırır. Erkən diaqnoz və düzgün müalicə ilə bu riski minimuma endirmək, zədənin geniş sahə almasının qarşısını almaq mümkündür. Müalicə vaxtında edilmədikdə bağırsaq keçməzliyi, qanaxma, anemiya (qan azlığı), vitamin və mineral maddələrin çatışmazlığı, immun sisteminin zəifləməsi, oynaq, göz, dəri və qaraciyər xəstəlikləri yarada bilir.

Kron xəstəliyinin müayinəsi, stasionar terapevtik müalicəsi və ağırlaşmalar zamanı həyata keçirilən cərrahi əməliyyat icbari tibbi sığorta ilə qarşılanır.

Xəstəliyin diaqnostika və terapevtik müalicəsi qastroenteroloq, cərrahi əməliyyat isə ümumi cərrah tərəfindən aparılır. İxtisaslı həkim müayinəsi, USM, MRT, KT, qan, nəcis, kron-kolit paneli və digər laborator analizlər, qastroskopiya, irriqoskopiya, kolonoskopiya, nazik və yoğun bağırsağın açıq və qapalı biopsiyası və cərrahi əməliyyat icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir.

Müalicə adətən konservativ üsul, yəni dərmanların qəbulu ilə başlayır və effektiv olmadığı hallarda cərrahi müdaxilələrlə davam edir. Cərrahi əməliyyat zamanı bağırsağın zədəli hissəsi çıxarılır və sağlam bağırsaq ucları birləşdirilir (bağırsaq rezeksiyası, anastomoz qoyulması) və ya bağırsağın bir ucu qarının ön divarına tikilir (ileostomiya, kolostomiya). Əməliyyat  zamanı stasionarda yatış, qidalanma, istifadə edilən dərman, tibbi sərf və anesteziya xidməti icbari tibbi sığorta hesabına qarşılanır.

İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında və göndəriş əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) icra olunur.

Məlumat üçün bildirək ki, kron xəstəliyi gənclərin xəstəliyi hesab edilir, daha çox 15-35 yaşlı insanlarda rast gəlinir. Bu xəstəliyin başlıca yaranma səbəbi immun sisteminin disfunksiyası - bağırsaq florasına, bağırsağa daxil olan qidaya, normal bağırsaq hüceyrələrinə patoloji immun cavabıdır. Yəni, immun sistemi həmin amilləri yanlışlıqla yad amillər kimi qəbul edərək məhv etməyə çalışır və nəticədə iltihab, selikli qişada eroziya və xora inkişaf edir. Bundan əlavə, genetik meyillilik, ailə anamnezi, bakterial və virus mənşəli bağırsaq infeksiyaları, qidalanma və ətraf mühit, tütün istifadəsi kimi amillər də xəstəliyin yaranma səbəblərindəndir. Kron xəstəliyi kəskin qarın ağrısı və sancılar, davamlı ishal, qanlı nəcis, çəki itkisi, qızdırma, yorğunluq, ağızda yaralar, anal nayihədə çatlar və digər simptomlarla müşahidə olunur.

Son xəbərlər

Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub
21.06.2025
Ətraflı oxu
Zaur Əliyev Mingəçevirdə vətəndaşları qəbul edib
20.06.2025
Ətraflı oxu
Bərdə rayonunda Milli Məclisin Səhiyyə komitəsinin səyyar iclası keçirilib
19.06.2025
Ətraflı oxu
Xroniki böyrək çatışmazlığı olan vətəndaşlara icbari tibbi sığorta hesabına 1480-dən çox ilkin hemodializ xidməti göstərilib
18.06.2025
Ətraflı oxu
Miqrenin diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
10.06.2025
Ətraflı oxu
Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri