Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Gözyaşı axarının bərpası məqsədi ilə 234 oftalmoloji əməliyyat icra olunub

10.03.2025, 08:16

Dakriosistit – göz yaşı kisəsinin iltihabi xəstəliyidir. İstənilən formalı dakriosistitin (kəskin, xroniki və s.) əsasında göz yaşı axarının daralması və ya tutulması durur. Bu hallar anadangəlmə (yenidoğulmuşlarda) və ya qazanılmış olur. Yenidoğulmuşlarda bu, gözyaşı kanallarının anadangəlmə anomaliyaları, kanalın distal hissəsində sıx epitel membranının olması və s. ilə əlaqədar ola bilər. Qazanılmış formalarına kəskin respirator virus infeksiyaları, xroniki rinit, sinusit, burun polipləri, adenoidlər, burun sümüklərinin və orbitin sınıqları səbəb ola bilər. Xəstəliyin bu formasına istənilən yaşda rast gəlmək olar.

İcbari tibbi sığorta ilə xəstəliyin diaqnostikası ixtisaslı həkimin müayinəsi, kontrastlı maddə ilə rentgenoloji müayinə, mikrobioloji müayinə (gözyaşı kisəsindən ifraz olunan mayenin əkilməsi və antibiotikə qarşı həssaslığın yoxlanılması), ehtiyac olduqda KT və MRT əsasında aparılır.

Kanalın tutulması göz yaşının burun boşluğuna axmasına mane olur və nəticədə gözlərdən yaşaxma (epifora) müşahidə olunur. Dakriosistit göz ətrafında qızartı, şişkinlik, yaş kisəsi nahiyəsinə basdıqda yaş nöqtəsindən selikli və ya irinli ifrazatın xaric olması, gözün selikli qişasının qızarması, bədən hərarəti, iltihabi proses buynuz qişaya təsir edərsə görmə itiliyinin azalması ilə özünü büruzə verir. Xoşagəlməz vəziyyətin yaranması səhhətdə diskomfort hissi yaşadır və həyat keyfiyyətini aşağı salır.

Müalicə xəstəliyin formasından asılı olaraq və pasiyentlərin ümumi sağlamlıq vəziyyəti nəzərə alınmaqla təyin edilir. Anadangəlmə formada gözyaşı axarının masajı və zondlanması xəstəlikdən xilas olmağa kifayət edir. Kəskin dakriosistitin müalicəsi kompleks şəklində müalicə tədbirlərindən ibarətdir. Kompleks müalicəyə ilk olaraq antibiotiklərin təyini, fizioterapiya, isti quru kompresslərin qoyulması, formalaşmış absesdə kisəciyin açılıb cərrahi işlənilməsi, gözyaşı kanalının yuyulması və s. aiddir.

Konservativ müalicə arzuolunan nəticəni vermədikdə, həmçinin dakriosistitin xronik formalarında cərrahi müdaxiləyə ehtiyac yaranır. Əməliyyatın məqsədi göz yaşının normal axınını bərpa etmək üçün göz yaşı kisəsi ilə burun boşluğu arasında yeni axar yaratmaq, yaxud mövcud axarın keçiriciliyinin bərpasıdır. Əməliyyatın yerli anesteziya altında endonazal metodla aparılması nəticəsində pasiyentin xəstəxanada qalma müddəti qısa olur, sağalma sürətli olur və əməliyyatdan sonrakı ağırlaşma riski minimuma enir. Əməliyyatdan sonra xəstənin simptomları keçir və həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşır.

Xəstəliyin müayinə və müalicəsi, eləcə də cərrahi əməliyyatın icrası icbari tibbi sığorta təminatına daxildir. 2024-cü ildə icbari tibbi sığorta hesabına gözyaşı axarının bərpası məqsədilə 234 cərrahi prosedur icra olunub.

İcbari tibbi sığorta ilə tibbi xidmətlərdən istifadə etmək üçün TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə və ya Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarına şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.

Son xəbərlər

Zaur Əliyev Kəlbəcər şəhərində vətəndaşları qəbul edib
18.03.2026
Ətraflı oxu arrow-right-blue
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə icbari tibbi sığorta ilə 109 mindən çox tibbi xidmət göstərilib
11.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue