Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Qızılcanın diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır

23.06.2025, 10:35

Qızılca, əsasən uşaqlarda rast gəlinən, yüksək infeksion xüsusiyyətə malik, virus mənşəli xəstəlikdir. Qızılca virusu, hava damcı yolu ilə yayılaraq, bədənin müxtəlif hissələrində qaşınma, öskürək və yüksək hərarət, burun axması, gözlərdə qızarıqlıq, yüksək temperaturun ardından üzdən başlayaraq bədənin qalan hissəsinə doğru yayılan səpkilərlə özünü büruzə verir.

İcbari tibbi sığortanın Xidmətlər Zərfi ilə qızılcanın diaqnostika və stasionar müalicəsi üçün geniş çeşiddə tibbi xidmətlər təminata alınıb. Xəstəliyin diaqnozu əsasən klinik əlamətlər əsasında qoyulur, lakin dəqiq diaqnozun təsdiqi üçün bir neçə laborator analiz tətbiq oluna bilər. Bu analizlər arasında Anticisim Rubella seroloji testi, PCR (Polymerase Chain Reaction) testləri və qızılca virusunun antikorlarını yoxlamaq üçün  İgG  və İgM testləri icbari tibbi sığorta hesabına qarşılanır.

Əksər hallarda qızılca yüngül bir xəstəlik kimi keçsə də, bəzi hallarda ciddi ağırlaşmalara yol aça bilər. Qızılca, xüsusən immuniteti zəif olan, yaşlılar, uşaqlar və hamilələrdə daha ciddi fəsadlara səbəb ola bilər. Bu ağırlaşmalar arasında ağciyər iltihabı (pnevmoniya), beyin iltihabı (encefalit), baş vә onurğa beyninin toksiko-allergik vә ya virus etiologiyalı iltihabı (encefalomielit), qulaq infeksiyası (orta otit), meningit, qusma, bağırsaq, ürək problemləri, göz iltihabı (keratit), konyuktivit və digər diaqnozlarla müşayiət olunan xəstəliklərə rast gəlinə bilər. Tibbi göstərişə əsasən qızılcanın ağırlaşması zamanı qeyd olunan xəstəliklərin stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir. Vətəndaşlar bu xidmətlərdən yararlanmaq üçün ilkin olaraq ailə həkiminə və ya ixtisaslı həkimə müraciət etməlidirlər. Qeyd olunan xidmətlər - laborator analizlər, instrumental-diaqnostik müayinələr, stasionar müalicə tibbi göstəriş əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında icra olunur.

Məlumat üçün bildirək ki, qızılcanın daha çox ağırlaşmasına səbəb ola biləcək risk faktorları arasında vitamin A çatışmazlığı, immun sisteminin zəifliyi, digər xroniki xəstəliklər və yaş amili yer alır. Bu ağırlaşmaların qarşısını almaq üçün erkən müdaxilə vacibdir. Qızılcaya qarşı ən güclü müdafiə üsulu QPM peyvəndidir (qızılca, parotit, məxmərək peyvəndi). Bu peyvənd 1 və 6 yaşlarda iki doza şəklində icbari tibbi sığorta hesabına vurulur və yüksək effektivliyə malikdir.

Xəstəliyin yayılmasının qarşısını almaq üçün yoluxmuş şəxslərin izolyasiyası, şəxsi gigiyena qaydalarına ciddi riayət və erkən tibbi müdaxilə həyati əhəmiyyət daşıyır. Əlamətlər aşkarlandıqda dərhal həkimə müraciət etmək ağırlaşmaların qarşısını almağa kömək edir.

 

Son xəbərlər

İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue
Yanıqların müalicəsi zamanı dəri köçürülməsi icbari tibbi sığorta hesabına aparılır
02.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Naxçıvanda vətəndaşları qəbul edib
29.01.2026
Ətraflı oxu arrow-right-blue