Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub

07.07.2025, 16:27

Tibbi məlumatların əhatə dairəsi “mygov” platformasında genişlənməyə davam edir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşəbbüsü nəticəsində vətəndaşlar artıq bir sıra yeni tibbi məlumaltara — “Sağlamlıq haqqında tibbi arayış” və “Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış”a “mygov” platforması üzərindən baxa və rəqəmsal (PDF) formada əldə edə bilirlər. Əvvəllər yalnız  “e-Tabib” mobil tətbiqi vasitəsilə və ya fiziki şəkildə əldə edilə bilən bu məlumatlara indi "mygov" veb portalı və mobil tətbiqi üzərindən təhlükəsiz və operativ şəkildə çıxış imkanı yaradılıb.

 Sağlamlıq haqqında tibbi arayış

Bu arayış vətəndaşlar tərəfindən işə qəbul, hərbi xidmət, təhsil və digər sosial proseslərdə  təqdim olunmaq məqsədilə istifadə olunan rəsmi tibbi sənəddir. Artıq bu sənədə fiziki formada ehtiyac qalmadan, “mygov” platforması üzərindən elektron şəkildə baxmaq və PDF formatında yükləmək mümkündür:

• “mygov” platformasında “Tibb məlumatlarım” bölməsinə daxil olunur.
• “Sağlamlıq haqqında tibbi arayış” seçilir.
• Məlumatlarla tanış olunur. 

Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış

Sürücülük vəsiqəsi almaq və ya mövcud vəsiqəni yeniləmək üçün tələb olunan rəsmi tibbi sənəd olan bu arayışa da indi “mygov” platforması üzərindən rahatlıqla çıxış mümkündür:

• “mygov” platformasında “Tibb məlumatlarım” bölməsinə daxil olunur.
• “Sürücülük vəsiqəsi almaq üçün tibbi arayış” seçilir.
• Məlumatlarla tanış olunur.

Qeyd edək ki, dövlət qurumları ilə güclü əməkdaşlığın və koordinasiyanın nəticəsi olaraq həyata keçirilən bu yeniliklər vətəndaşlara zəruri məlumatlara daha rahat, mərkəzləşdirilmiş və çevik çıxış imkanı yaradır.

Son xəbərlər

Zaur Əliyev Kəlbəcər şəhərində vətəndaşları qəbul edib
18.03.2026
Ətraflı oxu arrow-right-blue
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə icbari tibbi sığorta ilə 109 mindən çox tibbi xidmət göstərilib
11.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue