Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Meningitin diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir

15.07.2025, 11:01

Meningit baş beyin və onurğa beyni qişalarının iltihabi xəstəliyidir. İltihabın meydana gəlməsinin bir çox səbəbi var. Bu səbəblər iki böyük qrupa bölünür: infeksion və qeyri infeksion.

Meningitin diaqnostika və stasionar müalicəsi icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınıb. Bu xidmətlərə xəstəliyin diaqnozunun qoyulması, fərdi müalicə planının hazırlanması və stasionar şəraitdə tibbi yardım daxildir. 2024-cü il ərzində meningitin stasionar müalicəsi ilə bağlı icbari tibbi sığorta hesabına 100-dən çox tibbi xidmət göstərilib.

Meningitin dəqiq diaqnostikası üçün bir sıra laborator və instrumental müayinələr aparılır. Bu müayinələrə onurğa beyni mayesinin müayinəsi (lumbal punksiya), qanın ümumi və biokimyəvi analizi, C-reaktiv zülal və prokalsitonin testləri, elektrolit və qlükoza səviyyəsinin təyini, eləcə də infeksiyanın  müəyyən edilməsi üçün mikrobioloji və seroloji testlər, beyinin KT, MRT və kontrastlı MRT müayinələri, yenidoğulmuşlar və 1 yaşadək uşaqlara neyrosonoqrafiya (beyinin USM müayinəsi), beyin fəaliyyətinin qiymətləndirilməsi üçün EEQ aiddir.

Diaqnostik mərhələdən sonra tibbi göstəriş əsasında pasiyentlər stasionar müalicəyə cəlb olunur. Xəstəliyin etiologiya və ağırlıq dərəcəsindən asılı olaraq tətbiq olunan stasionar müalicə tədbirlərinə antibakterial, virusəleyhinə və göbələk əleyhinə terapiya, maye-elektrolit balansının bərpası, simptomatik müalicə daxildir. Qeyd olunan tibbi xidmətlər icbari tibbi sığorta hesabına həyata keçirilir.

Sözügedən xidmətlər TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutlarında tibbi göstəriş əsasında icra olunur. Sığortaolunanlar tibbi xidmətlərdən yararlanmaq üçün ilk növbədə ailə həkiminə və ya ixtisaslı həkimə müraciət etməlidirlər.

Məlumat üçün qeyd edək ki, infeksion meningitin törədiciləri bakteriya, virus, göbələk və ibtidailər (malyariya plazmodiumu, toksoplazma) ola bilər.

Qeyri-infeksion meningitlərə nadir rast gəlinir. Bu növ meningitlərə autoimmun xəstəliklər - sistem qırmızı qurdeşənəyi, revmatoid artrit və başqaları səbəb ola bilər. Bundan başqa beyində yerləşən xoşxassəli şişlərin (kistlərin) yırtılması, bədxassəli şişin beyin qişalarını zədələməsi, beyin və onurğa beyni zədələri, beyində aparılan əməliyyatlar, bəzi dərmanların qəbuluna reaksiya olaraq (qeyri-steroid iltihab əleyhinə preparatlar, bəzi antibiotik qrupları və s.) da meningit inkişaf edə bilər. Xüsusilə azyaşlı uşaqlar, yaşlılar və immun sistemi zəif olanlar arasında geniş yayılmış bu xəstəlik yüksək hərarət, baş ağrısı, ənsə rigidliyi (sərtliyi), qusma, işığa qarşı həssaslıq, huşun bulanıqlığı, qıcolmalar kimi kəskin əlamətlərlə özünü göstərir və vaxtında müdaxilə olunmadıqda həyati təhlükə yarada bilər.

Sağlam insan bu xəstəliyə hava damcı (öskürmə, asqırma) yolu ilə, çirklənmiş qida və təmizlənməmiş su vasitəsilə yoluxa bilər. Bəzi hallarda törədici anadan dölə, həmçinin daşıyıcı həşəratın dişləməsi ilə (məsələn, malyariya zamanı) ötürülə bilər.

Meningitin bəzi formalarına qarşı peyvəndlər mövcuddur. Bu səbəbdən xüsusilə risk qrupuna daxil olan əhali qrupu vaxtında profilaktik tədbirlər görməli və ilk simptomlar müşahidə olunduqda dərhal həkimə müraciət etməlidirlər.

Son xəbərlər

Bu ilin 6 ayı ərzində icbari tibbi sığorta ilə 44 milyondan çox tibbi xidmət göstərilib
18.07.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Oğuzda vətəndaşları qəbul edib
18.07.2025
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi rəqəmsal platformasını yeniləyib
17.07.2025
Ətraflı oxu arrow-right-blue
“mygov” platformasına yeni tibbi məlumatlar inteqrasiya olunub
07.07.2025
Ətraflı oxu arrow-right-blue
Osteoporozun müayinə və stasionar müalicəsi icbari tibbi sığortaya daxildir
07.07.2025
Ətraflı oxu arrow-right-blue
Ankarada dövlət tibb müəssisələrinin rəhbər heyəti üçün keçirilən təlim başa çatıb
24.06.2025
Ətraflı oxu arrow-right-blue
Qızılcanın diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına qarşılanır
23.06.2025
Ətraflı oxu arrow-right-blue
Qobustan Rayon Mərkəzi Xəstəxanasına mediatur təşkil olunub
21.06.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Mingəçevirdə vətəndaşları qəbul edib
20.06.2025
Ətraflı oxu arrow-right-blue
Bərdə rayonunda Milli Məclisin Səhiyyə komitəsinin səyyar iclası keçirilib
19.06.2025
Ətraflı oxu arrow-right-blue
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri