Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Çin Xalq Respublikasının səfiri ilə görüşüb

24.07.2025, 16:01

24 iyul 2025-ci il tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Çin Xalq Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Lu Meyin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüş zamanı Azərbaycan və Çin arasında strateji tərəfdaşlığa əsaslanan münasibətlərə toxunulub, xüsusilə icbari tibbi sığorta sahəsində əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Zaur Əliyev ölkəmizdə icbari tibbi sığortanın tətbiqi, əhalinin tibbi xidmətlərə əlçatanlığının genişləndirilməsi, eləcə də Agentliyin prioritet istiqamətləri barədə ətraflı məlumat verib. Bundan əlavə, Çin Xalq Respublikasının COVID-19 pandemiyası dövründə Azərbaycana tibbi ekspert qrupu və peyvənd dəstəyi göstərdiyini bildirib.

Öz növbəsində səfir xanım Lu Mey məlumat verib ki, Çin Xalq Respublikasının səhiyyə sistemində əldə olunan rəqəmsallaşma təcrübəsi, tibbi sığortanın idarə olunması üzrə yanaşmalar və tibb müəssisələrinin maliyyələşmə modelləri sahəsində Azərbaycanla bilik və təcrübə mübadiləsində maraqlıdır. Səfir həmçinin vurğulayıb ki, Çin Milli Tibbi Sığorta İdarəsinin fəaliyyəti Azərbaycanın İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin funksiyaları ilə bir çox baxımdan oxşarlıq təşkil edir. Bu sahədə daha ətraflı məlumat əldə etmək üçün Azərbaycan nümayəndə heyətinin Çinə səfərinin məqsədəuyğun olduğunu bildirib.

Tərəflər Agentlik ilə Çin Milli Tibbi Sığorta İdarəsi arasında əlaqələrin qurulması, tibb heyətinin bilik və bacarıqlarının artırılması məqsədilə birgə təlim proqramlarının təşkili, Çin tərəfindən təqdim edilən texniki yardım proqramları çərçivəsində əməkdaşlıq imkanlarının araşdırılması istiqamətində müzakirələr aparıblar.

Görüş səmimi və qarşılıqlı anlaşma şəraitində keçib. Hər iki tərəf əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsinin vacibliyini vurğulayıb.

Son xəbərlər

Zaur Əliyev Gölgöldə vətəndaşları qəbul edib
14.11.2025
Ətraflı oxu arrow-right-blue
Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə olunub
13.11.2025
Ətraflı oxu arrow-right-blue
Hipertrofik kardiomiopatiyanın müalicəsi icbari tibbi sığorta təminatına daxildir
06.11.2025
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiya əməliyyatı zamanı implant və nitq prosessorunun xərclərini icbari tibbi sığorta qarşılayır
03.11.2025
Ətraflı oxu arrow-right-blue
“Medinex 2025” sərgisinin açılış mərasimi keçirilib
31.10.2025
Ətraflı oxu arrow-right-blue
Ürək-damar xəstəlikləri üzrə dərmanlar icbari tibbi sığorta hesabına qarşılanacaq
28.10.2025
Ətraflı oxu arrow-right-blue
Dərman təminatı və kompensasiya mexanizmlərini tənzimləyən yeni qaydalar təsdiq edilib
23.10.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
17.10.2025
Ətraflı oxu arrow-right-blue
Bu il ərzində icbari tibbi sığorta hesabına süd vəzinin müayinəsi ilə bağlı 120 mindən çox tibbi xidmət göstərilib
16.10.2025
Ətraflı oxu arrow-right-blue
Alkoqol mənşəli psixi və davranış pozuntularının diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir
10.10.2025
Ətraflı oxu arrow-right-blue