Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Azərbaycan nümayəndə heyəti Sinqapurun səhiyyə sistemi ilə tanış olub

31.07.2025, 10:54

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Sinqapur Respublikasına səfər edib.

28 iyulda başlayan səfər çərçivəsində nümayəndə heyəti Sinqapurun səhiyyə üzrə baş dövlət naziri Kou Pou Kun ilə görüşüb. Görüşdə Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi, səhiyyə sahəsində həyata keçirilən islahatlar və maliyyələşdirmə mexanizmləri barədə məlumat verilib. Bildirilib ki, ölkəmizdə tətbiq edilən icbari tibbi sığortanın məqsədi əhalinin tibbi xidmətlərə maliyyə çətinliyi çəkmədən çıxışını təmin etməkdir.

Baş dövlət naziri Kou Pou Kun Azərbaycan nümayəndə heyətini salamlayaraq ölkəsinin səhiyyə təcrübəsinə göstərilən marağı yüksək qiymətləndirib. O, Sinqapurun səhiyyə siyasətinin formalaşdırılması, tibbi xidmətlərin tənzimlənməsi, maliyyələşdirilməsi və rəqəmsal innovasiyaların tətbiqi sahəsində görülən işlər barədə məlumat verib.

Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev beynəlxalq təcrübənin öyrənilməsinin, xüsusilə Sinqapur modelinin araşdırılmasının səhiyyə sistemində dayanıqlı maliyyələşdirmə mexanizmlərinin qurulması baxımından əhəmiyyətini vurğulayıb.

Nümayəndə heyəti həmçinin Sinqapurun Səhiyyə Nazirliyində təşkil olunan təqdimatda iştirak edib. Nazirliyin Maliyyə Tərəfdaşlığı və İdarəetmə üzrə direktor müavini Li Saycia ölkəsinin səhiyyə sisteminin maliyyələşməsi, büdcə planlaşdırılması və səhiyyə müəssisələrinə ödəniş mexanizmləri barədə təqdimatla çıxış edib.

Nümayəndə heyəti həmçinin Sinqapurun Mərkəzi Təminat Fondunun (CPF) Tibbi Xərclərin Ödənilməsi üzrə direktor müavini Tan Mey Penlə görüşüb. Fondun nümayəndəsi Sinqapurun səhiyyə sisteminin fərdi məsuliyyət və dövlət dəstəyini birləşdirən balanslı maliyyələşdirmə modelinə əsaslandığını bildirib. O, əhalinin tibbi xərclərini qarşılamaq üçün mövcud olan MediSave, MediShield Life və MediFund proqramları barədə geniş məlumat verib.

Səfər çərçivəsində nümayəndə heyəti həmçinin Sinqapur Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Səhiyyə Texnologiyaları üzrə Dövlət Agentliyində – Synapxedə  olub. Qurumun fəaliyyəti barədə məlumat verilib və qeyd olunub ki, Synapxe ölkənin rəqəmsal səhiyyə infrastrukturunun qurulması, İT sistemləri ilə təminat, pasiyentyönümlü xidmətlərin təşkili və informasiya təhlükəsizliyinin gücləndirilməsi sahələrində fəaliyyət göstərir. Synapxe, həmçinin Sinqapurda “Ağıllı Səhiyyə” ekosisteminin formalaşdırılmasında mühüm rol oynayır.

Səfər zamanı nümayəndə heyəti Tampinis rayonundakı yeni nəsil poliklinikaya baş çəkib. Poliklinikanın direktoru və ailə həkimi Sabrina Vi bildirib ki, pandemiyadan sonra tikilən bu tibb müəssisəsi vətəndaşlara ilkin tibbi yardımın multidisiplinar əsasda göstərilməsini təmin edir. Burada tətbiq olunan telemedisin xidməti (məsafədən tibbi məsləhət və müalicə imkanları) xüsusilə yaşlı və fiziki məhdudiyyətli şəxslər üçün əlverişlidir. Agentliyin nümayəndələri tibb müəssisəsinin triaj sistemi, gözləmə sahəsi, aptek, laboratoriya, konsultasiya kabineti,  uşaqlar üçün immunizasiya otağı ilə tanış olublar.

Səfər çərçivəsində Zaur Əliyev, həmçinin Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti qismində Sinqapurda keçirilən su idman növləri üzrə Dünya Çempionatının konqresində iştirak edib. Konqreslə paralel Sinqapurda su idman növləri üzrə Dünya Çempionatı keçirilir. Z.Əliyev həmçinin üzgüçülərimizin çıxış etdiyi yarışı izləyib, yarışdan sonra milli komanda üzvləri ilə ətraflı söhbət edib və onlara uğurlar arzulayıb. 

Son xəbərlər

Zaur Əliyev Gölgöldə vətəndaşları qəbul edib
14.11.2025
Ətraflı oxu arrow-right-blue
Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə olunub
13.11.2025
Ətraflı oxu arrow-right-blue
Hipertrofik kardiomiopatiyanın müalicəsi icbari tibbi sığorta təminatına daxildir
06.11.2025
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiya əməliyyatı zamanı implant və nitq prosessorunun xərclərini icbari tibbi sığorta qarşılayır
03.11.2025
Ətraflı oxu arrow-right-blue
“Medinex 2025” sərgisinin açılış mərasimi keçirilib
31.10.2025
Ətraflı oxu arrow-right-blue
Ürək-damar xəstəlikləri üzrə dərmanlar icbari tibbi sığorta hesabına qarşılanacaq
28.10.2025
Ətraflı oxu arrow-right-blue
Dərman təminatı və kompensasiya mexanizmlərini tənzimləyən yeni qaydalar təsdiq edilib
23.10.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
17.10.2025
Ətraflı oxu arrow-right-blue
Bu il ərzində icbari tibbi sığorta hesabına süd vəzinin müayinəsi ilə bağlı 120 mindən çox tibbi xidmət göstərilib
16.10.2025
Ətraflı oxu arrow-right-blue
Alkoqol mənşəli psixi və davranış pozuntularının diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir
10.10.2025
Ətraflı oxu arrow-right-blue