Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

“mygov” platformasına yeni tibbi məlumat inteqrasiya olunub

11.08.2025, 15:00

Vətəndaşların tibbi məlumatlara mərkəzləşdirilmiş və rahat çıxışını təmin etmək məqsədilə “mygov” platformasına yeni inteqrasiyaların həyata keçirilməsi davam edir.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə əməkdaşlığı nəticəsində “mygov” platformasına xəstəlik tarixçəsi (epikriz) məlumatları inteqrasiya olunub. Vətəndaşlar bu bölmədə anamnestik məlumatlar, müayinələrin nəticələri, diaqnozlar, tətbiq edilmiş müalicə tədbirləri və tibbi tövsiyələrlə tanış ola, həmçinin həmin məlumatları yükləyə bilərlər.

Qeyd edək ki, bu məlumata veb sayt üzərindən “Tibb məlumatlarım” bölməsi, mobil tətbiqdə isə “Sağlamlıq” kateqoriyası vasitəsilə rahat şəkildə çıxış imkanı mövcuddur.

 

Son xəbərlər

Onkohematoloji xəstəliklərin diaqnostikası icbari tibbi sığorta hesabına həyata keçirilir
01.12.2025
Ətraflı oxu arrow-right-blue
Şəmkir Rayon Mərkəzi Xəstəxanasına media-tur təşkil olunub
28.11.2025
Ətraflı oxu arrow-right-blue
“İcbari tibbi sığorta sisteminin işləmə prinsipləri və tibbi xidmətlərin təşkili” mövzusunda təlim keçirilib
27.11.2025
Ətraflı oxu arrow-right-blue
Sümük iliyi transplantasiyası onkoloji xəstələrin müalicə imkanlarını genişləndirir
21.11.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Göygöldə vətəndaşları qəbul edib
14.11.2025
Ətraflı oxu arrow-right-blue
Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə olunub
13.11.2025
Ətraflı oxu arrow-right-blue
Hipertrofik kardiomiopatiyanın müalicəsi icbari tibbi sığorta təminatına daxildir
06.11.2025
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiya əməliyyatı zamanı implant və nitq prosessorunun xərclərini icbari tibbi sığorta qarşılayır
03.11.2025
Ətraflı oxu arrow-right-blue
“Medinex 2025” sərgisinin açılış mərasimi keçirilib
31.10.2025
Ətraflı oxu arrow-right-blue
Ürək-damar xəstəlikləri üzrə dərmanlar icbari tibbi sığorta hesabına qarşılanacaq
28.10.2025
Ətraflı oxu arrow-right-blue