Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Azərbaycanda ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi üzrə yeni konsepsiya təsdiqlənib

14.08.2025, 10:20

Azərbaycanda əhalinin sağlamlıq göstəricilərini yaxşılaşdırmaq, icbari tibbi sığorta ilə tibbi xidmətlərə əlçatanlığı artırmaq və səhiyyə sistemini daha dayanıqlı etmək məqsədilə "İlkin Tibbi-Sanitariya Yardımının Təkmilləşdirilməsi üzrə Konsepsiya" sənədi təsdiqlənib. Konsepsiya sənədi 2030-cu ilə qədər əhaliyə əlçatan, keyfiyyətli və davamlı ilkin tibbi sanitariya-yardımının təmin olunmasını qarşıya məqsəd qoyur.

Konsepsiyada ailə həkimliyi institutunun gücləndirilməsi, TƏBİB-in tabeliyindəki ilkin tibbi-sanitariya yardımı göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması və rəqəmsal texnologiyaların tətbiqi nəzərdə tutulur.

Məlumat üçün bildirək ki, ilkin səhiyyə xidmətinin təkmilləşdirilməsi əhaliyə icbari tibbi sığorta çərçivəsində əlçatan, keyfiyyətli, əhatəli və pasiyentyönümlü tibbi xidmətin göstərilməsinə  gətirib çıxaracaq. Habelə, ən ucqar nöqtələrdə olan vətəndaşların da fasiləsiz tibbi xidmət almalarına imkan yaradacaq, xəstəliklərin erkən aşkarlanmasına və vaxtında müalicəsinə xidmət etmiş olacaq. Bu da ilkin səhiyyə sahəsində icbari tibbi sığorta fondundan ayrılan maliyyə resurslarından səmərəli istifadəyə və universal tibbi təminatın təşkilinə də müsbət təkan verəcək.

İlkin tibbi-sanitariya yardımı göstərən tibb müəssisələrinin fəaliyyətinin rəqəmsallaşması çərçivəsində, kənd tibb məntəqələri, kənd həkim məntəqələri, ailə sağlamlıq mərkəzləri (ASM) və ambulator-poliklinik tibb müəssisələrinə müraciət edən pasiyentlərin qeydiyyatının, müayinə və müalicə üçün göndərişlərin verilməsi və izlənilməsi prosedurlarının tam elektronlaşdırılması planlaşdırılıb.

Əsas yeniliklərdən biri ilkin tibbi-sanitariya yardımının maliyyələşməsinin adambaşına və fəaliyyət nəticələrinə əsasən aparılması ilə bağlıdır. Yeni yanaşma bu sahəyə ayrılan maliyyə resurslarının regionlar üzrə balanslı paylanmasını hədəfləyir. Yeni maliyyələşmə mexanizmi ilkin tibbi-sanitariya yardımının rəqabət qabiliyyətliliyini və tibb mütəxəssisləri üçün cəlbediciliyini artıracaq.

Tibbi xidmət təchizatçılarına düzgün motivasiya yaradan ödəniş mexanizmlərinin tətbiqi də nəzərdə tutulur. Belə ki, ana və uşaq sağlamlığı, xroniki xəstəliklər və digər  prioritet xəstələnmə halları üzrə xidmətlərin göstərilməsinə görə tibb mütəxəssislərinin əməkhaqlarına həvəsləndirici əlavələr tətbiq ediləcək. Bundan əlavə, təhkimçiliyində olan əhalinin sağlamlıq və yaş göstəricilərinə, habelə iş şəraitinə görə ailə həkimlərinə və tibb bacılarına stimullaşdırıcı maliyyə ödənişlərinin edilməsi nəzərdə tutulur.

Konsepsiya sənədində nəzərdə tutulan tədbirlər əhalinin ehtiyaclarına uyğun keyfiyyətli səhiyyə xidmətlərinə bərabər qaydada və maliyyə yükü ilə qarşılaşmadan əlçatanlığı təmin etmək məqsədi daşıyır.

Qeyd edək ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) artıq 2 ilə yaxındır ki, əhaliyə əlçatan, əhatəli, davamlı və koordinasiyalı ilkin tibbi-sanitariya yardımının təmin edilməsi üzərində çalışır. Hazırda Bərdə rayonunda ilkin tibbi-sanitariya yardımının təkmilləşdirilməsinə dair birgə pilot layihə həyata keçirilir.

Son xəbərlər

Zaur Əliyev Gölgöldə vətəndaşları qəbul edib
14.11.2025
Ətraflı oxu arrow-right-blue
Gəncə şəhər Birləşmiş Xəstəxanasına tibbi avadanlıqlar ianə olunub
13.11.2025
Ətraflı oxu arrow-right-blue
Hipertrofik kardiomiopatiyanın müalicəsi icbari tibbi sığorta təminatına daxildir
06.11.2025
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiya əməliyyatı zamanı implant və nitq prosessorunun xərclərini icbari tibbi sığorta qarşılayır
03.11.2025
Ətraflı oxu arrow-right-blue
“Medinex 2025” sərgisinin açılış mərasimi keçirilib
31.10.2025
Ətraflı oxu arrow-right-blue
Ürək-damar xəstəlikləri üzrə dərmanlar icbari tibbi sığorta hesabına qarşılanacaq
28.10.2025
Ətraflı oxu arrow-right-blue
Dərman təminatı və kompensasiya mexanizmlərini tənzimləyən yeni qaydalar təsdiq edilib
23.10.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
17.10.2025
Ətraflı oxu arrow-right-blue
Bu il ərzində icbari tibbi sığorta hesabına süd vəzinin müayinəsi ilə bağlı 120 mindən çox tibbi xidmət göstərilib
16.10.2025
Ətraflı oxu arrow-right-blue
Alkoqol mənşəli psixi və davranış pozuntularının diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir
10.10.2025
Ətraflı oxu arrow-right-blue