Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

700-dən artıq vitrektomiya əməliyyatı ilə görmə qabiliyyəti bərpa edilib

18.09.2025, 09:50

Müasir oftalmologiyada gözün torlu qişası və şüşəyəbənzər cismi ilə bağlı xəstəliklərin müalicəsində ən effektiv müalicə üsullarından biri sayılan vitrektomiya əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır. Vitrektomiya şüşəyəbənzər cismin qismən və ya tam çıxarılmasını nəzərdə tutan cərrahi əməliyyatdır. Bu cərrahi müdaxilə ilə pasiyentlərin görmə qabiliyyətləri bərpa oluna və ya onun pisləşməsinin qarşısı alına bilir. Cari ilin ilk altı ayı ərzində icbari tibbi sığorta hesabına 700-dən çox vitrektomiya əməliyyatı icra olunub.

Görmənin kəskin pisləşməsi, görmə sahəsinin daralması, göz önündə pərdə, qara nöqtə, kölgə və ya qığılcımların görünməsi, gözlərin travmatizasiyası hallarında dərhal həkim-oftalmoloqa müraciət etmək tövsiyə olunur. Oftalmoloji müayinələr gözün arxa seqmentində – tor qişada və şüşəyəbənzər cismin daxilində olan patologiyaları müəyyən etməyə imkan verir. İcbari tibbi sığorta ilə qarşılanan bu müayinələrə oftalmoskopiya, optik koherent tomoqrafiya (OCT - infraqırmızı işıq şüası ilə göz toxumasının skan edilməsi, başqa sözlə qeyri-invaziv görüntüləməsi), göz almasının ultrasəs müayinəsi, gözün angiografiyası və görmə itiliyi testləri daxildir. Bu diaqnostik metodlar nəticəsində tor qişa qopmaları, hemoftalm (intravitreal qanaxmalar), şəkərli diabet fonunda yaranan retinopatiyalar, makulyar yırtıq, epiretinal fibroz, göz travmaları və digər patologiyalar aşkarlanarsa vitrektomiya əməliyyatı tövsiyə olunur.

Əməliyyat mikroinvaziv üsullarla, adətən lokal anesteziya altında icra olunur. Əməliyyatın müddəti əsas xəstəlikdən, yanaşı oftalmoloji patologiyanın mövcudluğundan asılıdır və orta hesabla 1 saatdan 3 saata qədərdir. Əməliyyat zamanı şüşəyəbənzər cisim çıxarılır, yaranmış boşluğa xüsusi balanslaşdırılmış duz məhlulları, süni polimerlər: silikon yağı və ya qaz daxil edilir. Bu maddələr göz boşluğunda genişlənərək torlu qişanın normal vəziyyətinin bərpasına və yerində saxlanmasına kömək edir. Qeyd edək ki, stasionar xidmət zamanı dərman və tibbi sərfiyyat da icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxildir. Vitrektomiya sonrası pasiyentlər qısa müddət ərzində normal həyat tərzinə qayıda bilirlər.

İcbari tibbi sığorta hesabına vitrektomiya əməliyyatı tibbi göstəriş və həkim təyinatı əsasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyindəki) göndərişlə icra olunur.

Müvafiq tibbi xidmətin göstərildiyi tibb müəssisələrinin siyahısı ilə "Tibb müəssisələrinin axtarışı" funksiyasından istifadə etməklə tanış ola bilərsiniz.

 

 

Son xəbərlər

Hipertrofik kardiomiopatiyanın müalicəsi icbari tibbi sığorta təminatına daxildir
06.11.2025
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiya əməliyyatı zamanı implant və nitq prosessorunun xərclərini icbari tibbi sığorta qarşılayır
03.11.2025
Ətraflı oxu arrow-right-blue
“Medinex 2025” sərgisinin açılış mərasimi keçirilib
31.10.2025
Ətraflı oxu arrow-right-blue
Ürək-damar xəstəlikləri üzrə dərmanlar icbari tibbi sığorta hesabına qarşılanacaq
28.10.2025
Ətraflı oxu arrow-right-blue
Dərman təminatı və kompensasiya mexanizmlərini tənzimləyən yeni qaydalar təsdiq edilib
23.10.2025
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Lənkəranda vətəndaşları qəbul edib
17.10.2025
Ətraflı oxu arrow-right-blue
Bu il ərzində icbari tibbi sığorta hesabına süd vəzinin müayinəsi ilə bağlı 120 mindən çox tibbi xidmət göstərilib
16.10.2025
Ətraflı oxu arrow-right-blue
Alkoqol mənşəli psixi və davranış pozuntularının diaqnostika və müalicəsi icbari tibbi sığorta hesabına həyata keçirilir
10.10.2025
Ətraflı oxu arrow-right-blue
Serebral iflicin stasionar müalicəsi üçün icbari tibbi sığorta hesabına 34 mindən çox tibbi xidmət göstərilib
06.10.2025
Ətraflı oxu arrow-right-blue
2025-ci ilin ilk yarısında icbari tibbi sığorta hesabına 30 minə yaxın doğuş icra olunub
29.09.2025
Ətraflı oxu arrow-right-blue