Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Xəzər Tibb Mərkəzinə mediatur təşkil olunub

11.12.2025, 17:11

TƏBİB və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Xəzər Tibb Mərkəzinə mediatur təşkil olunub. Təşkil olunan mediaturun məqsədi media nümayəndələrini tibb müəssisəsində yaradılan infrastruktur, müasir tibbi imkanlar, icbari tibbi sığorta sisteminin tətbiqi və göstərilən xidmətlərin təşkili ilə yerində tanış etməkdir.

Mediatur iştirakçılarını salamlayan TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova qeyd edib ki, bu, cari il ərzində TƏBİB və Agentliyin birgə keçirdiyi dördüncü və sonuncu media turdur.  

Departament rəhbəri mediaturların jurnalistlərin tibb müəssisələri, oradakı şərait və yeniliklərlə yerində tanış olması və ictimaiyyətin məlumatlandırılması baxımından geniş imkan yaratdığını bildirib:

“Bu gün TƏBİB-in məqsədlərindən biri də informasiya açıqlığının təmin olunmasıdır. Bu istiqamətdə tabelitibb müəssisələrinin rəsmi internet saytlarının istifadəyə verilməsi üçün işlər sürətləndirilib. Cari il ərzində “Vahid Xəstəxana Saytı” layihəsi icra olunub, sözügedən layihə çərçivəsində TƏBİB-in tabeliyində fəaliyyət göstərən 20 tibb müəssisəsinin rəsmi internet saytı hazırlanır. Artıq Mərkəzi Neftçilər Xəstəxanasının rəsmi internet saytı üzrə işlər yekunlaşıb. Bundan əlavə, Binəqədi, Xətai və Sumqayıt tibb mərkəzlərinin, həmçinin Quba və Lənkəran rayon mərkəzi xəstəxanalarının rəsmi internet saytları üzrə də işlər davam etdirilir”.

Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, icbari tibbi sığortanın tətbiqi Xəzər Tibb Mərkəzində tibbi xidmətlərin keyfiyyətinin yüksəlməsinə və infrastrukturun gücləndirilməsinə şərait yaradıb: 

“Son illər ərzində Mərkəzin maddi-texniki bazası yenilənib, müasir tibbi avadanlıqların quraşdırılması ilə diaqnostika və müalicə imkanları əhəmiyyətli dərəcədə genişlənib. Hazırda Mərkəz diaqnostik və müalicə məqsədli müasir tibbi avadanlıqlarla (elektromiyoqrafiya, treadmil üzrə stres test, holter müayinəsi, qastroskopiya və s.) təmin edilib. Səhiyyə müəssisəsində 7/24 fəaliyyət göstərən 3-cü səviyyəli laboratoriya yaradılıb ki, bu da pasiyentlərin təcili və dəqiq diaqnostik xidmətlərə çıxışını xeyli yaxşılaşdırıb".

TƏBİB-in Tibbi xidmətin inkişafı departamentinin rəhbəri Yaqut Qarayeva Xəzər Tibb Mərkəzində yaradılan tibbi xidmətlər, nəzərdə tutulan layihələrlə bağlı məlumatları diqqətə çatdırıb.

Xəzər Tibb Mərkəzinin direktoru Mübariz Ağayev bildirib ki, 2025-ci ilin yanvar-noyabr ayları ərzində ümumilikdə 230 724 nəfər Xəzər Tibb Mərkəzinə müraciət edib:

“Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayında artım müşahidə olunur. Belə ki, cari ilin yanvar-noyabr ayları ərzində müraciət edən 230 724 nəfərə ümumilikdə 780 134 tibbi xidmət göstərilib. Həmin dövrdə 5125 nəfər stasionar müalicə alıb. 2025-ci ilin ilk 11 ayında  2713 cərrahi prosedur icra olunub. Məhz cərrahi xidmətlərinin sayının və keyfiyyətinin artırılması istiqamətində də işlər davam etdirilir”.

Daha sonra Xəzər Tibb Mərkəzində Poliklinika, Radiologiya, Laboratoriya, Təcili tibbi yardım şöbələri ilə tanışlıq olub.

Mediatur çərçivəsində media nümayəndələri tibb müəssisəsində müvafiq müayinələrdən keçiblər. 

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

Son xəbərlər

Zaur Əliyev Kəlbəcər şəhərində vətəndaşları qəbul edib
18.03.2026
Ətraflı oxu arrow-right-blue
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə icbari tibbi sığorta ilə 109 mindən çox tibbi xidmət göstərilib
11.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue