Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Süd vəzi müayinəsi icbari tibbi sığorta təminatına daxildir

31.10.2023, 05:10

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən süd vəzi xəstəliklərinin erkən mərhələdə aşkarlanması məqsədi ilə bir sıra instrumental və laborator müayinələr Xidmətlər Zərfində təminatına alınıb. Süd vəzisinin instrumental müayinəsinə aiddir:

  • ultrasəs müayinə (USM);

  • mammoqrafiya;

  • kompüter tomoqrafiyası (KT);

  • maqnit rezonans tomoqrafiyası (MRT).

Həmçinin süd vəzisinin biopsiyası, götürülən nümunənin histoloji müayinəsi, qanda onkomarkerlərin təyini icbari tibbi sığorta tərəfindən qarşılanır.

USM süd vəzi xəstəliklərinin diaqnostikasında müasir, zərərsiz və ağrısız metoddur. USM nəticəsində kistaları və mastopatiyanın (süd vəzinin iltihabı) hər hansı təzahürünü, həcmli törəmələri, limfa vəzilərinin vəziyyətini və bədxassəli şişləri aşkarlamaq mümkündür.  Mümkün patologiyaların vaxtında aşkarlanması üçün 35 yaşdan sonra qadınlar ən azı ildə bir dəfə süd vəzisinin ultrasəs müayinəsindən keçməlidir.

Süd vəzisinin USM və mamoqrafiyası üçün göstərişlərin bəziləri aşağıdakılardır:

  • Süd vəzisində əllə hiss edilən kütlə, bərklik;

  • Hamiləlik və laktasiya (süd vermə) olmadığında süd vəzisi giləsindən olan ifrazatlar; 

  • Qoltuqaltı limfa düyünlərinin böyüməsi, həssaslıq və s.

Konsultasiya üçün ailə həkiminə və ya birbaşa ixtisaslı həkimə (mammoloq) müraciət etmək olar.

Süd vəzisinin KT və MRT müayinələri daha çox USM və mammoqrafiya müayinələri nəticəsində kifayət qədər məlumat əldə olunmadıqda əlavə müayinə məqsədilə aparılır. Bu müayinələr şişin mövcudluğunu, şişin xarakterini, ətraf toxumalara sirayət etməsini tez və dəqiq müəyyən etməyə, həmçinin süd vəzidə aşkar edilməyən dəyişiklikləri erkən mərhələdə müşahidə etməyə imkan verir.

İcbari tibbi sığorta ilə təminata alınmış tibbi xidmətlər və digər məsələlərlə bağlı vətəndaşlar suallarını  Agentliyin “1542” Çağrı Mərkəzinə ünvanlaya bilərlər. Bütün yerli mobil operatorlardan daxil olan zənglər ödənişsizdir. Həmçinin Agentliyin rəsmi internet səhifəsinin aşağı sağ küncündə (its.gov.az) zəng sifarişi funksiyasından istifadə etdikdə Çağrı mərkəzinin əməkdaşı vətəndaşa geri dönüş edir.

Xatırladaq ki, icbari tibbi sığorta ilə qarşılanan tibbi xidmətlərdən istifadə etmək üçün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyindəki istənilən dövlət tibb müəssisəsinə və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 9 elmi-tədqiqat institutuna şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.

Son xəbərlər

Zaur Əliyev Kəlbəcər şəhərində vətəndaşları qəbul edib
18.03.2026
Ətraflı oxu arrow-right-blue
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə icbari tibbi sığorta ilə 109 mindən çox tibbi xidmət göstərilib
11.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue