Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Kolonoskopiya müayinəsi icbari tibbi sığorta ilə qarşılanır

03.09.2024, 06:04

Kolonoskopiya yoğun bağırsağın endoskopik müayinəsidir. İcbari tibbi sığorta hesabına 2024-cü ilin ilk 6 ayı ərzində 7421 sayda kolonoskopiya müayinəsi icra olunub.

Təkrarlanan qarın ağrısı, qəbizlik və ishal halları, nəcisdə qan görülməsi, səbəbsiz çəki itirilməsi, dəmir defisitli anemiya və s. kimi simptomlar bu müayinə metodu üçün göstəriş hesab oluna bilər.

Yoğun bağırsağın müayinəsi məqsədilə rentgen, KT, nəcis analizi və digər müayinələr edilə bilər. Bu müayinələr həzm sisteminin vəziyyəti barədə bir sıra məlumatlar versə də, kolonoskopiya qədər dəqiq nəticələr əldə etmək mümkün olmur.

Kolonoskopiya zamanı ucunda işıqlı kamera olan rezin boru vasitəsilə yoğun bağırsaq vizual (videogörüntülü) müayinə edilir. Bu da iltihabi bağırsaq xəstəlikləri, yoğun bağırsaq qanamaları və xərçəngin aşkarlanmasına imkan verir. Kolonoskopiya ilə diaqnozun dəqiqləşdirilməsi, həmçinin cərrahi müdaxilələrin icrası mümkündür. Məsələn, kolonoskopiya bağırsaqda poliplər aşkarlandığı halda onların kəsilərək götürülməsinə, bağırsaq divarında patologiya aşkar edildikdə şübhəli sahələrdən bioptat götürməyə və digər prosedurları icra etməyə imkan verir. Bu da xəstəliklərin erkən aşkarlanmasına dəstək olaraq xərçəngin qarşısının alınmasına yardımçı olur. 40 yaşdan yuxarı hər kəsə xərçəng xəstəliyinin profilaktikası üçün kolonoskopiya müayinəsi məsləhət görülür. Kolonoskopiya zamanı patoloji hal aşkar edilmədikdə pasiyentə 5 ildən bir profilaktik müayinə məsləhət görülür. Qeyd edək ki, şübhəli sahələrin biopsiyası və götürülən materialın histoloji müayinəsi də icbari tibbi sığorta hesabına aparılır.

Kolonoskopiyaya pasiyent öncədən hazırlanmalıdır. Müayinədən 1 gün əvvəl qastroenteroloqun təyin etdiyi dərmanla pasiyentin bağırsağı təmizlənməli və ya müayinə günü imalə olunmalıdır. Kolonoskopiya təxminən 15-60 dəqiqə aralığında davam edir. Pasiyentin rahat kolonoskopiya olması üçün prosedur sedasiya (anesteziya) ilə icra edilir. Anesteziyanın təsiri aradan qalxana qədər pasiyent (1 saata kimi) müşahidə altında saxlanıldıqdan sonra xəstəxanadan çıxa bilər. Vurğulayaq ki, kolonoskopiya zamanı istifadə olunan anesteziya xidməti icbari tibbi sığorta ilə qarşılanır.

Kolonoskopiya TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində, Səhiyyə Nazirliyinin tabeliyindəki elmi-tədqiqat institutlarında və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində tibbi göstəriş əsasında ixtisaslı həkim təyinatı ilə icra olunur.

Son xəbərlər

Zaur Əliyev Kəlbəcər şəhərində vətəndaşları qəbul edib
18.03.2026
Ətraflı oxu arrow-right-blue
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə icbari tibbi sığorta ilə 109 mindən çox tibbi xidmət göstərilib
11.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue