Loading...

Xidmətlər zərfinin hazırlanması üzrə təlim keçirildi

04.02.2019, 11:44

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik), Fransanın sosial sahələrlə bağlı nazirliklərinin Avropa və beynəlxalq məsələlər üzrə nümayəndəliyinin və Litvanın sosial müdafiə qurumları ilə birlikdə icra etdiyi, Avropa İttifaqının maliyyələşdirdiyi "Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək" tvininq layihəsi çərçivəsində “Xidmətlər zərfinin hazırlanması” mövzusunda təlimçilər üçün təlim təşkil olunmuşdur.

Fransa Milli Səhiyyə İnformasiya İnstitutunun rəhbəri Dominik Polton və Litva Səhiyyə nazirliyinin baş müşaviri Gintaras Kaçeviçius tərəfindən keçirilmiş təlimlərin məqsədi icbari tibbi sığortanın (İTS) xidmətlər zərfinin hazırlanması istiqamətində beynəlxalq təcrübənin öyrənilməsi və sözügedən sahə üzrə təlimçilər qrupunun yaradılması olmuşdur. Təlimdə Agentliyin, Azərbaycan Tibb Universitetinin və Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun əməkdaşları olmaqla 20 nəfər iştirak etmişdir.

5 gün davam edən təlimdə İTS üzrə dünya təcrübəsi, xidmətlər zərfinə dair nəzəriyyə və təcrübə, xidmətlər zərfinin hazırlanması zamanı istifadə olunan meyarlar, xidmətlər zərfinə dair beynəlxalq və milli təcrübədən alınan dərslər, xidmətlər zərfinə daxil olan dərman vasitələrinin siyahısının hazırlanması, xidmətlər zərfinin təkmilləşdirilməsi üçün yeni tibbi texnologiyaların və tibbi məhsulların qiymətləndirilməsi barədə təqdimatlar edilmişdir. Qrup məşğələləri zamanı yuxarıda qeyd olunan mövzular ətrafında müzakirələr aparılmış və çalışmalar təşkil edilmişdir.

Təlimdə həmçinin Agentliyin Səhiyyə siyasəti və kliniki kodlaşdırma şöbəsinin müdiri Şərafət İsmayılova İTS-nin məqsədləri, baza və istisnalar zərfi, tibbi xidmətlər üzrə ödəniş qaydaları haqqında məlumat verilmiş və iştirakçıların sualları cavablandırılmışdır. Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının direktoru Könül Ələkbərov İTS-nin tətbiqi ilə bağlı xəstəxananın fəaliyyətinin və onun maliyyələşdirilməsi sisteminin yenidən qurulması, İTS-nin tətbiqinin həm əhali, həm də tibb işçilərinə göstərdiyi təsir haqqında məlumat vermişdir.

Sonda təlim iştirakçılarına sertifikatlar təqdim olunmuşdur.

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri