Loading...

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev vətəndaşları qəbul edib

06.02.2019, 15:22

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev qəbul qrafikinə uyğun olaraq 2019-cu ilin fevralın 6-da vətəndaşları qəbul edib.

Qəbul zamanı vətəndaşların sualları əsasən icbari tibbi sığortanın tətbiqi, müayinə-müalicə və s. məsələlərlə bağlı olub. Vətəndaşların müraciətləri diqqətlə dinlənilib, müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə Agentliyin aidiyyəti struktur bölmələrinin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, vətəndaşların rahatlığını təmin etmək məqsədi ilə cari ildə Agentliyin rəsmi internet saytında vətəndaşların qəbulu cədvəli yerləşdirilmiş, qəbula yazılmaq üçün elektron poçt ünvanları qeyd edilmiş və xüsusi elektron bölmə yaradılmışdır.

Ölkə Prezidenti cənab İlham Əliyevin vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə tapşırıqlarına uyğun olaraq Agentlik tərəfindən vətəndaşların icbari tibbi sığortanın tətbiq edildiyi pilot ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) qəbuluna xüsusi diqqət yetirilir. Belə ki, 2018-ci il ərzində ümumilikdə 231 vətəndaş qəbul edilmişdir ki, onlardan 141 nəfəri pilot ərazilərdə İdarə Heyətinin sədri tərəfindən səyyar qaydada qəbul edilmişdir. Səyyar qəbullar pilot ərazilərdə həyata keçirilən işlərin mövcud vəziyyətinin yerində öyrənilməsi, müsbət nəticələr, vətəndaş məmnunluğunun əldə edilməsi və problemlərin həlli yollarının müəyyən olunması üçün əhəmiyyətli rol oynamışdır. Qeyd edək ki, 2018-ci il ərzində keçirilmiş qəbullarda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin 46%-i öz müsbət həllini tapmışdır.

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri