Loading...

Agentliyin “1542” Çağrı mərkəzinə ötən il 133 574 müraciət daxil olub

12.02.2021, 10:31

2020-ci ilin mart-dekabr ayları ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “1542” Çağrı mərkəzinə ümumilikdə 133 574 müraciət daxil olub. Çağrı mərkəzinin koronavirus epidemiyası ilə bağlı xəttinə 73828, icbari tibbi sığorta və digər məsələlərlə bağlı xəttinə 11488, psixoloji dəstəklə bağlı xəttinə 3837, poliklinik xidmətlərlə bağlı dəstək xəttinə 13039, COVID-19 testinin nəticəsi və seroloji testlərlə bağlı xəttinə isə 31382 müraciət daxil olub. 

Koronavirus epidemiyası ilə bağlı xəttə daxil olan müraciətlərin əksəriyyəti müayinə və müalicə (18725), özünütəcrid müddəti (13149) və koronavirus şübhəsi (10572) ilə bağlı olub.  
İcbari tibbi sığorta və digər məsələlərlə bağlı xəttə daxil olan müraciətlərin 1144-ü əlillik məsələləri, 3663-ü dərman təchizatı, 6681-i sosial məsələlər barədə olub.
    Psixoloji dəstək xəttinin fəaliyyət göstərdiyi əsas istiqamətlər üzrə müraciətlərin sayı aşağıdakı kimidir:
•    İctimaiyyət və tibbi heyət üçün psixoloji dəstək – 2150 müraciət
•    COVID-19 xəstələri üçün psixoloji dəstək – 694 müraciət
•    Müharibədən zərərçəkmişlər və hərbçilər üçün psixoloji dəstək – 223 müraciət
Poliklinik xidmətlərlə bağlı dəstək xəttinə daxil olan müraciətlərin əksəriyyəti tibbi müayinə və müalicə (4657) ilə bağlı olub. 

Çağrı mərkəzinə daxil olan bütün müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən məsələlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıblar.
Məlumat üçün bildirək ki, Agentlik tərəfindən 2020-ci ilin mart ayında istifadəyə verilən Çağrı mərkəzi beş yönəldici xətt üzrə xidmət göstərir. Belə ki, Çağrı mərkəzinin koronavirusla bağlı xətti (1542-0) 7 gün 24 saat, icbari tibbi sığorta və digər məsələlər ilə bağlı xətti (1542-1) iş günlərində saat 09:00-dan 18:00-dək, psixoloji dəstək xətti (1542-2), poliklinik xidmətlərlə bağlı dəstək xətti (1542-3), COVID-19 testinin nəticəsi və seroloji testlər ilə bağlı xətti (1542-4) həftəiçi 08:00-dan 22:00-dək, həftəsonu 09:00-dan 21:00-dək, vaksinasiya xətti (1542-5) isə həftəiçi 08:00-dan 22:00-dək fəaliyyət göstərirlər. Qeyd edək ki, vaksinasiya xətti 2021-ci ilin əvvəlində istifadəyə verilib.  

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri