Loading...

İkinci Qarabağ müharibəsi iştirakçılarının, şəhidlərinin ailə üzvlərinin müayinə və müalicəsi davam edir

09.03.2021, 15:06

2020-ci ilin dekabr,  2021-ci ilin yanvar və fevral ayları ərzində İkinci Qarabağ müharibəsinin iştirakçıları və şəhid ailəsi üzvlərinə icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində ümumilikdə 13158 sayda tibbi xidmət göstərilib. Xidmətlərin 10962-si ambulator, 2196-sı isə stasionar şəraitdə  göstərilib. Tibbi xidmətlər almış 2172 şəxsin 1754 nəfəri müharibə iştirakçısı, 418 nəfəri isə şəhid  ailəsi üzvü olub. 

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki dövlət tibb müəssisələrinə daxil olmuş müraciətlər əsasən qarışıq həyəcan və depressiv pozuntuları, posttravmatik stress pozuntusu, nevrasteniya, gərginlik tipli baş ağrıları, cərrahi sarğılara və tikişlərə qulluq, ürək-damar sistemi xəstəlikləri ilə  bağlı olub. Müraciət etmiş şəxslərə ixtisaslı həkim müayinəsi, təkrar müayinə,  kliniki laborator və instrumental diaqnostik müayinələr  təyin olunub, onların müayinə və müalicəsi üçün zəruri addımlar atılıb.18 nəfər müharibə iştirakçısı və şəhid ailə üzvləri oftalmoloji, uroloji,  travmatoloji, ginekoloji, otorinolarenqoloji xəstəliklər və ümumi cərrahiyyə üzrə əməliyyat olunaraq sağlamlığına qovuşub.

Agentliyin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov bildirib ki, cari ilin fevral ayında Agentlik və  Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin birgə təşkilatçılığı,  “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyə Respublikasından həkim heyəti ölkəmizə gətirilib. Həkim heyətinin tərkibində ortoped, beyin cərrahı, ümumi cərrah və digər ixtisaslı həkimlər olublar. Türkiyəli həkimlər Azərbaycan Silahlı Qüvvələrinin Baş Klinik Hospitalı, Buzovna qəsəbəsindəki Reabilitasiya Mərkəzi, Bakı Sağlamlıq Mərkəzi, Respublika Neyrocərrahiyyə Xəstəxanası, Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında döyüşlərdə yaralanmış 155 hərbçini müayinə ediblər.

Vüqar Qurbanovun sözlərinə görə müayinəyə əsasən yuxarıda adıçəkilən ixtisaslaşdırılmış tibb müəssisələrində müalicəsi davam edən və evə yazılmış qazilər cəlb olunublar: “Hərbçilər müharibə dövründə aldıqları zədənin ağırlıq dərəcəsinə görə çeşidlənib və onlar haqqında tibbi rəy verilib. Müayinələrin nəticələrinə əsasən 5 qazinin vəziyyəti həddən artıq ağır qiymətləndirilib və əməliyyat olunması üçün Türkiyədən bir neyrocərrahın və onun komandasının yaxın vaxtlarda Bakıya səfəri nəzərdə tutulub. Hazırda bu istiqamətdə müvafiq işlər görülür”. 

Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda yaralanan şəxslərin, habelə şəhid ailə üzvlərinin sağlamlığının bərpası, onların müalicəsi istiqamətində dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq, Agentlik tərəfindən mühüm tədbirlər bundan sonra da davam edəcək. 

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri