Loading...

2021-ci ilin mart ayı ərzində icbari tibbi sığorta çərçivəsində 1 milyondan çox tibbi xidmət göstərilib

12.04.2021, 14:53

İcbari tibbi sığortanın tətbiq edildiyi 59 inzibati ərazi üzrə fəaliyyət göstərən mərkəzi xəstəxanaların və onların struktur bölmələrinin, habelə müalicə diaqnostika mərkəzlərinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) təqdim etdikləri ilkin hesabatlara əsasən 2021-ci ilin mart ayı ərzində 337 807 nəfər sözügedən müəssisələrə ümumilikdə 535 714 dəfə müraciət edib. Bu müraciətlər üzrə ümumilikdə 1 180 643 tibbi xidmət göstərilib. Tibbi xidmətlərin 1 002 940-ı ambulator, 177 703-ü isə stasionar şəraitdə göstərilib.

Cari ilin mart ayı ərzində əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan   müraciət sayına görə ilk onluqda yer alan şəhər və rayonlar: Mingəçevir şəhəri (402), Şirvan şəhəri (200), Yevlax (165), Zaqatala (164), Ağdaş (160), Qəbələ (158), Oğuz (150), Ağstafa (145) rayonları, Gəncə şəhəri (137) və Göyçay (136) rayonu. Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Mingəçevir şəhər Mərkəzi Xəstəxanası (118 449), Gəncə Birləşmiş Şəhər Xəstəxanası (91 800), Xaçmaz (59 685), Yevlax   (56 156), Ağdaş (42 782), Şəki (37 790), Quba (37 440), Zaqatala (34 954), Göyçay (34 699) və Qusar (31 778) rayon Mərkəzi Xəstəxanaları. 

Ən çox ambulator xidmət göstərən tibb müəssisələrinin ilk onluğu: Mingəçevir şəhər Mərkəzi Xəstəxanası, Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Yevlax, Xaçmaz, Ağdaş, Şəki, Zaqatala, Göyçay, Quba və Beyləqan rayon Mərkəzi Xəstəxanaları.

Ən çox stasionar xidmət göstərən tibb müəssisələrinin ilk onluğu: Gəncə Birləşmiş Şəhər Xəstəxanası, Mingəçevir şəhər Mərkəzi Xəstəxanası, Xaçmaz, Quba, Qusar, Ağdaş, Bərdə rayon Mərkəzi Xəstəxanaları, Şirvan şəhər Mərkəzi Xəstəxanası, Yevlax və Göyçay rayon Mərkəzi Xəstəxanaları.

Tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), qan dövranı sistemi, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, həzm, sidik-cinsiyyət, tənəffüs, sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, habelə mamalıq və ginekologiya, sinir sistemi xəstəlikləri, gözün və gözün əlavə aparatının xəstəlikləri ilə bağlı olub. 

Qeyd olunmalıdır ki, Agentlik tərəfindən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyinə verilmiş tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə respublikanın inzibati ərazi vahidləri üzrə tibbi ərazi bölmələri (TƏB) yaradılmışdır. Hazırda icbari tibbi sığortanın tətbiqi 11 TƏB-i və Sumqayıt TƏB-ə aid olan Xızı rayonunu əhatə edir. 

2021-ci ilin mart ayı ərzində TƏB-lər üzrə göstərilmiş tibbi xidmət sayına görə ardıcıllıq aşağıdakı kimidir: Bərdə-Yevlax TƏB (255 100), Şəki-Zaqatala TƏB (180 799), Quba-Xaçmaz TƏB (166 183), Gəncə TƏB (144 161), Göyçay-Kürdəmir TƏB (94 943), Dağlıq Şirvan TƏB (80 493), Şəmkir-Tovuz TƏB (73 895), Ağdam-Ağcabədi TƏB (57 597), İmişli-Sabirabad TƏB (54 480), Lənkəran TƏB (40 097), Cəlilabad-Salyan TƏB (31 601) və Sumqayıt TƏB (1 294).

01.01.2020-ci il tarixinə olan rəsmi məlumata əsasən icbari tibbi sığortanın tətbiq edildiyi 59 inzibati ərazi vahidləri üzrə qeydiyyatda olan əhalinin sayı 6 577 600 nəfər təşkil edir. Ümumilikdə 2021-ci ilin I rübü ərzində 711 498 nəfər 1 544 679 dəfə tibb müəssisələrinə müraciət edərək 3 268 080 sayda tibbi xidmətlərdən istifadə edib.

Qeyd edək ki, 1 aprel 2021-ci il tarixindən etibarən Bakı, Sumqayıt şəhərlərində, Abşeron rayonunda rəsmi qeydiyyatda olan şəxslər də icbari tibbi sığortanın Xidmətlər Zərfindən yararlanmağa başlayıb.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri