Loading...

Cari ilin ilk 7 ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 13 939 vətəndaş müraciəti daxil olub

23.08.2021, 11:51

2021-ci ilin ilk 7 ayı ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) ümumilikdə 13 939 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 13 919-u ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 20-si isə teleqram vasitəsilə edilib. 1660 müraciət bilavasitə vətəndaşlar, əsasən də Bakı şəhəri, Şəki, Bərdə, Masallı və Lənkəran rayonlarının sakinləri tərəfindən edilib. 12 279 vətəndaş müraciəti isə müvafiq dövlət qurumları tərəfindən baxılması üçün Agentliyə yönləndirilib.

Daxil olan müraciətlərin 6937-si müayinə və müalicə, 3981-i əlillik məsələləri, 1326-sı işə qəbul və əmək münasibətləri, 543-ü COVID-19, 468-i dərman vasitələri və tibbi sərflə təminat,     684-ü isə digər məsələlər ilə bağlı mövzuları əhatə edib. Bütün müraciətlərə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə baxılıb.

Habelə, Agentliyin sosial şəbəkələrdəki səhifələrinə cari ilin ilk 7 ayı ərzində 14 725 sorğu daxil olub. Sosial şəbəkələrdəki vətəndaşları ən çox maraqlandıran mövzular Agentliyə və tibb müəssisələrinə işə qəbul qaydaları, icbari tibbi sığorta haqlarının əhali kateqoriyaları üzrə məbləği, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, ailə həkiminə müraciət qaydası, immunitet və peyvənd sertifikatlarının əldə edilməsi və s. olub.

Qeyd edilən müddət ərzində 2252 vətəndaş qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən dərman təminatı, tibbi sərfin qarşılanması, əlillik dərəcəsinin təyin edilməsi, müayinə-müalicə, cərrahi əməliyyatlar, işlə təminat, göndərişlərin verilməsi və s. məsələlər ilə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib. Məlumat üçün bildirək ki, vətəndaş qəbulu ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun keçirilib.

        

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri