Loading...

Agentliyin “1542” Çağrı mərkəzinə cari ilin ilk 8 ayı ərzində 134 259 müraciət daxil olub

09.09.2021, 11:27

2021-ci ilin yanvar-avqust ayları ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “1542” Çağrı mərkəzinə ümumilikdə 134 259 müraciət daxil olub. Çağrı mərkəzinin koronavirus epidemiyası ilə bağlı xəttinə 36208, icbari tibbi sığorta və digər məsələlərlə bağlı xəttinə 35308, psixoloji dəstəklə bağlı xəttinə 2124, poliklinik xidmətlərlə bağlı dəstək xəttinə 6860, COVID-19 testinin nəticəsi və seroloji testlərlə bağlı xəttinə 33724, vaksinasiya ilə bağlı xəttinə isə 20035 müraciət daxil olub.

Koronavirus epidemiyası ilə bağlı xəttə daxil olan müraciətlərin əksəriyyəti koronavirus şübhəsi (14820), özünütəcrid müddəti (9471) və xarici ölkəyə getmək üçün tələb olunan tibbi arayışların verilməsi (1952) ilə bağlı olub. 

İcbari tibbi sığorta və digər məsələlərlə bağlı xəttə daxil olan müraciətlərin əksəriyyəti müayinə və müalicə (5172), əlillik məsələləri (5139), dərman və cihaz təchizatı (4468) barədə olub.

 Psixoloji dəstək xəttinin fəaliyyət göstərdiyi əsas istiqamətlər üzrə müraciətlərin sayı aşağıdakı kimidir:

  • Müharibədən zərərçəkmişlər və hərbçilər üçün psixoloji dəstək – 264 müraciət
  • İctimaiyyət və tibbi heyət üçün psixoloji dəstək – 255 müraciət
  • Psixoloji pozğunluqlar (Psixopatologiya) – 71 müraciət
  • COVID-19 xəstələri üçün psixoloji dəstək– 30 müraciət

Poliklinik xidmətlərlə bağlı dəstək xəttinə daxil olan müraciətlərin əksəriyyəti tibbi müayinə və müalicə (3428) ilə bağlı olub.

Çağrı mərkəzinə daxil olan bütün müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən məsələlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıblar.

Məlumat üçün bildirək ki, Agentlik tərəfindən 2020-ci ilin mart ayında istifadəyə verilən Çağrı mərkəzi altı yönəldici xətt üzrə xidmət göstərir. Belə ki, Çağrı mərkəzinin koronavirusla bağlı xətti (1542-0) 7 gün 24 saat, icbari tibbi sığorta və digər məsələlər ilə bağlı xətti (1542-1) iş günlərində saat 09:00-dan 18:00-dək, psixoloji dəstək xətti (1542-2), poliklinik xidmətlərlə bağlı dəstək xətti (1542-3), COVID-19 testinin nəticəsi və seroloji testlər ilə bağlı xətti (1542-4) və vaksinasiya xətti (1542-5) həftəiçi 08:00-dan 22:00-dək, həftəsonu 09:00-dan 21:00-dək fəaliyyət göstərirlər. Qeyd edək ki, vaksinasiya xətti 2021-ci ilin əvvəlində istifadəyə verilib.  

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri