Loading...

Ötən il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 25 373 vətəndaş müraciəti daxil olub

13.01.2022, 14:30

2021-ci il ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (Agentlik) ümumilikdə 25 373 vətəndaş müraciəti daxil olub. Müraciətlərin 25 303-ü ərizə, şikayət və təklif xarakterli olmaqla məktub, 70-i isə teleqram vasitəsilə edilib.

3776 müraciət əsasən Bakı, Gəncə və Sumqayıt şəhərləri,  Bərdə, Astara, Cəlilabad, Masallı, Abşeron və Lənkəran rayonlarının sakinləri tərəfindən birbaşa olaraq Agentliyə edilib. 21 597 vətəndaş müraciəti isə müvafiq dövlət qurumları tərəfindən baxılması üçün Agentliyə yönləndirilib.

Daxil olan müraciətlərin 11 937-si müayinə və müalicə, 7289-u əlillik məsələləri, 2490-ı işə qəbul və əmək münasibətləri, 1506-sı COVID-19, 897-si dərman vasitələri və tibbi sərflə təminat, 1254-ü isə digər məsələlərlə bağlı mövzuları əhatə edib. 21 775 müraciət cavablandırılıb, digərləri isə icradadır.

Habelə Agentliyin sosial şəbəkələrdəki səhifələrinə ötən il ərzində 26 390 sorğu daxil olub. Sosial şəbəkələrdəki vətəndaşları ən çox maraqlandıran mövzular ailə həkimi seçimi, Xidmətlər Zərfinə daxil olan və olmayan əməliyyatlar, icbari tibbi sığorta haqqı, göndəriş vərəqəsinin verilməsi qaydası, vaksinasiya üçün onlayn növbə xidmətindən istifadə və peyvənd, immunitet, əks göstəriş sertifikatlarının əldə edilməsi qaydası və s. olub.

Qeyd edilən müddət ərzində 5916 vətəndaş qəbul edilib. Qəbula gələn vətəndaşlar əsasən əlillik dərəcəsinin təyin edilməsi, icbari tibbi sığortanın tətbiqi, işə qəbul və əmək münasibətləri, müayinə-müalicə, cərrahiyə əməliyyat, COVID-19 və s. məsələlərlə bağlı müraciət ediblər. Vətəndaşların müraciətləri qanunvericiliyin tələblərinə uyğun şəkildə cavablandırılıb və onların həlli istiqamətində zəruri tapşırıqlar verilib. Məlumat üçün bildirək ki, vətəndaş qəbulu ölkə ərazisində tətbiq edilən xüsusi karantin rejiminin qayda və tələblərinə uyğun keçirilib.

 

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri