Loading...

Qərb bölgəsindəki tibb müəssisələrinin həkim məsləhət komissiyalarının işinin təşkili və idarə olunmasına dair təlim keçirilib

17.01.2022, 10:39

2022-ci il 13-15 yanvar tarixlərində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən Gəncə Birləşmiş Şəhər Xəstəxanasında “Tibb müəssisələrində Həkim Məsləhət Komissiyasının işinin təşkili və idarə olunması” mövzusunda təlim keçirilib.  

Təlimdə Gəncə Birləşmiş Şəhər Xəstəxanasının, Mingəçevir, Yevlax və Şəmkir şəhər, Samux, Goranboy, Göygöl, Daşkəsən, Kəlbəcər, Xocalı, Ağdaş, Naftalan, Bərdə, Tərtər, Ağstafa, Qazax, Tovuz və Gədəbəy rayon mərkəzi xəstəxanalarının direktorları, həmin xəstəxanaların nəzdində fəaliyyət göstərən həkim məsləhət komissiyalarının sədrləri, poliklinika şöbələrinin və ailə sağlamlıq mərkəzlərinin müdirləri, Agentliyin Gəncə, Mingəçevir və Şəmkir  filiallarının rəhbərləri iştirak ediblər.

İştirakçılara Həkim Məsləhət Komissiyasının işinin təşkilində istinad olunan hüquqi sənədlər, “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişin verilmə Qaydası”, “Əmək qabiliyyəti olmamaq vərəqələrinin təmin edilməsi, qeydiyyatı saxlanılması və doldurulması Qaydası”, “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” haqqında ətraflı məlumat verilib.

Təlimdə həmçinin “Həkim Məsləhət Komissiyasının rəylərinin qeydiyyatı kitabının təhlili”, “Əmək qabiliyyətinin itirilməsi vərəqələrinin qeydiyyatı kitabının təhlili” və “Tibbi-Sosial Ekspert Komissiyasına verilən göndərişin (TQS № 088) təhlili” mövzularında təqdimatlarla çıxışlar edilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Məruzəçi qismində Agentliyin Tibb planlama departamentinin rəhbəri Hikmət İbrahimli, Əlillik məsələləri üzrə nəzarət şöbəsinin əməkdaşları, Pirallahı Tibb Mərkəzinin direktoru Azər Zeynalov, 13 nömrəli Şəhər Poliklinikasının baş həkimi Elnarə Hüseynova, 20 nömrəli Şəhər Poliklinikasının baş həkiminin inzibati məsələlər üzrə müavini Tahirə Əfəndiyeva, 22 nömrəli Şəhər Poliklinikasının baş həkimi Aydın Əhmədov, 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının həkim nevropatoloqu Elşad Əliyev və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin sektor müdiri Məmməd Xasıyev çıxış ediblər.

Qeyd edək ki, respublika üzrə fəaliyyət göstərən tibb müəssisələrinin həkim məsləhət komissiyalarının fəaliyyətinin təkmilləşdirilməsi məqsədini daşıyan analoji təlimlər ötən ay şimal bölgəsindəki tibb müəssisələrinin əməkdaşları üçün keçirilib. Hazırda TƏBİB-in tabeliyindəki 143 tibb müəssisəsi tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər vermək hüququna malikdir. Həmin  tibb müəssisələrinin siyahısı ilə buradan tanış olmaq olar.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri