Loading...

Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndələri Azərbaycanda səfərdədir

08.02.2022, 11:26

Türkiyə Respublikası Sosial Müdafiə Qurumunun (SGK) sədri Cevdet Ceylanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə işgüzar səfərə gəlib.

08 fevral tarixində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev SGK-nın sədri Cevdet Ceylanın rəhbərlik etdiyi nümayəndə heyəti və Türkiyə Respublikasının ölkəmizdəki səfiri cənab Cahit Bağcı ilə görüşüb. Nümayəndə heyətində SGK-nın Ümumi Tibbi Sığorta Baş İdarəsinin rəhbəri Gökhan Tuna Öztürk, İdarənin Səhiyyə Xidmətləri departamentinin rəhbəri Eyup Sabri Tezcan, sosial müdafiə ekspertləri Tolga Bal və Yusuf Demirci təmsil olunur.

Qonaqları Azərbaycanda görməkdən məmnunluğunu ifadə edən Zaur Əliyev iki qardaş ölkə arasında əməkdaşlığın bütün istiqamətlərdə olduğu kimi səhiyyə və tibb sahələrini də əhatə etdiyini bildirib: “Qardaş ölkə həkim mütəxəssislərin müxtəlif ixtisaslar üzrə təhsil almasına, bilik və bacarıqlarının artmasına hər zaman böyük töhfə verir. Bu da əlbəttə ki, səhiyyənin inkişafı ilə yanaşı iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynayır”.

Ötən il imzalanan Anlaşma Memorandumunun iki qurum arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından vacib olduğunu bildirən İdarə Heyətinin sədri, işgüzar səfərin məhsuldar keçməsi üçün nümayəndə heyətinə hər cür dəstək olmağa hazır olduğunu vurğulayıb və onlara işlərində uğurlar arzu edib.

Səmimi görüşə görə təşəkkürünü bildirən Cevdet Ceylan Türkiyə Respublikasında əhalinin sağlamlığının qorunması istiqamətində görülən tədbirlər barədə məlumat verib: “2012-ci ildən tətbiq etməyə başladığımız icbari tibbi sığorta ilə biz cəmiyyətin bütün üzvlərinin iqtisadi gücündən və istəyindən asılı olmayaraq tibbi xidmətlərdən bərabər, əlçatan və effektiv faydalanmasını təmin edirik. Bunun nəticəsidir ki, Türkiyədə əhalinin 99%-i universal tibbi sığorta ilə əhatə olunur.” Həmçinin C.Ceylan əlavə edib ki, öz ölkəsinin sözügedən sahədə əldə etdiyi 10 illik təcrübəsini qardaş ölkə ilə bölüşəcəyindən məmnundur.

Qeyd edək ki, Anlaşma Memorandumu çərçivəsində imzalanan 3 illik Fəaliyyət Planının bu ilki mövzusu “İcbari tibbi sığortanın maliyyələşdirilməsi və informasiya texnologiyalarının tətbiqi”dir. 10 fevral tarixinədək davam edən səfər müddətində nümayəndə heyəti mövcud qanunverici baza, qurumların aktuar balansları, sığortahaqqının müəyyən edilməsi, həvəsləndirici əlavələrin tətbiqi ilə bağlı məlumat əldə edəcəklər. Fəaliyyət Planının icrası məqsədi ilə görülən tədbirlər çərçivəsində icbari tibbi sığortanın tətbiqinin Türkiyə təcrübəsinə əsaslanaraq təkmilləşdirilməsinə dair təkliflər hazırlanacaq.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri