Loading...

Talassemiyalı pasiyentlərə sümük iliyi köçürülüb

14.03.2022, 17:30

2020-ci ilin aprel ayından İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən icra olunan “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” çərçivəsində 32 nəfərə sümük iliyi transplantasiyası əməliyyatı həyata keçirilib. Onlardan 29 nəfəri beta talassemiya xəstəsi, 3 nəfəri isə kəskin mieloblast leykoz, Hoçkin limfoması və multipl mielom diaqnozu qoyulan şəxslər olub.

Əməliyyat olunanların 19-u 1-12 yaş arası uşaqlardır. Əməliyyatlarda sümük iliyi donorları pasiyentlərin qardaş və bacıları olub. Cərrahi əməliyyatlar “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi”nin (TƏBİB) tabeliyindəki Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsində (Talassemiya Mərkəzi) icra olunub.

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Talassemiya bölməsinin Sümük illiyi transplantasiyası şöbəsinin müdiri, hematoloq Nərgiz Əliyevanın sözlərinə görə, irsi və bədxassəli hematoloji xəstəliklərdə qan hüceyrələrini yaradan sümük iliyi normal funksiyalarını itirdiyi üçün sümük iliyində qan hüceyrələrinin əmələ gəlmə prosesində bir sıra problemlər yaranır:  “Bu xəstəliklərin müalicəsində sümük iliyi transplantasıyası önəmli yer tutur. Sümük iliyi transplantasiyası sağlam qan hüceyrələri əmələ gətirməsi üçün kök hüceyrələrinin xəstəyə nəql edilməsidir. Bu müalicə metodu ilə xəstələrin irsi və bədxassəli hematoloji xəstəliklərdən tamamilə müalicə olma şansları olur. Əməliyyatdan  sonra bir çox hallarda donorun limfositləri resipiyentin orqan və toxumaları tərəfindən yad kimi qəbul olunur və resipiyentin llimfositləri onları dəf etməyə çalışırlar. Bu zaman yan təsirlərin qarşısının alınması üçün transplantasiya öncəsi və sonrası xəstəyə qoruyucu dərmanlar təyin olunur”.

Nərgiz Əliyeva əlavə edib ki, köçürülmüş kök hüceyrələr təxminən 3 həftə ərzində yeni sümük iliyinin fəaliyyətinə başlanğıc verir. Bu müddət ərzində xəstəyə qan məhsulları (eritrosit, trombosit kütlələri, yeni dondurulmuş plazma) və antibakterial, antiviral, antifunqal müalicələri aparılır.  Xüsusi olaraq qeyd etmək istəyirik ki, istər əməliyyata hazırlıq dövründə istifadə edilən dərmanlar (kimyaterapiya üçün), istərsə də kök hüceyrələrin xəstənin immun sistemi tərəfindən qəbul olunması üçün təyin olunan immunosupressiv dərmanlar xəstələrə ödənişsiz verilir.

Məlumat üçün bildirək ki, sümük iliyi transplantasiyası, xəstəliyin fəsadlarının qarşısının alınması, əməliyyatdan əvvəl aparılan laborator müayinələr “Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq ödənişsiz həyata keçirilir.

Talassemiya irsi qan xəstəliyidir. Xəstəlik, qırmızı qan hüceyrələrindəki hemoqlobinin sintezinin pozulması ilə əlaqədardır. Talassemiya daşıyıcısı olan insanların demək olar ki,  xüsusi şikayətləri olmur. Talassemiya daşıyıcısı olduqlarını da çox vaxt təsadüfən, başqa problemlə bağlı müayinə zamanı qan analizi nəticəsində öyrənirlər. Valideynlərdən sadəcə biri talassemiya daşıyıcısı olduqda övladın talassemiya xəstəsi olma ehtimalı sıfıra bərabərdir. Lakin, ata və ananın hər ikisi talassemiya daşıyıcısı olduqda, onların övladı 25% ehtimalla tamamilə sağlam, 50% ehtimalla talassemiya daşıyıcısı, 25% ehtimalla isə talassemiya xəstəsi olaraq dünyaya gəlir.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri