Loading...

Nigar Bayramova ÜST-nin təşkil etdiyi vebinarda iştirak edib

16.03.2022, 16:27

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova “Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələrində əhalinin sağlamlığının qorunması və səhiyyənin maliyyələşdirilməsi sahəsində islahatlar: Biliklərin mübadiləsi və regional perspektivlər” mövzusunda keçirilən vebinarda iştirak edib.

Vebinarda təqdimatla çıxış edən N. Bayramova ölkəmizdə icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar görülən işlərdən danışıb: “Azərbaycanda icbari tibbi sığortanın tətbiqi və vətəndaşların tibbi xidmətlərə əlçatanlığının artırılması dövlətin həyata keçirdiyi səhiyyə islahatının tərkib hissəsidir. Bunun bariz nümunəsidir ki, cari ilin dövlət büdcəsindən səhiyyə xərclərinə 1 milyard 789 milyon manat ayrılıb. Bu məbləğin təqribən 1 milyard 126 milyon manatını əhalinin dövlət büdcəsi hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərin maliyyə təminatı təşkil edir”. 

N. Bayramova həmçinin əldə olunan nailiyyətlərlə yanaşı səhiyyənin yeni maliyyələşmə modelinin tətbiqindən irəli gələn çətinliklər haqqında məlumat verib və vebinar iştirakçıları ilə öz tövsiyələrini bölüşüb. Təqdimatın sonunda N. Bayramova ünvanlanan sualları cavablandırıb. Tədbir iştirakçıları tərəfindən Azərbaycanda bütün vətəndaşların işləməsindən və sığorta haqqı ödəməsindən asılı olmayaraq icbari tibbi sığorta ilə əhatə olunması yüksək qiymətləndirilib.

Səhiyyənin Maliyyələşməsi üzrə Qlobal Şəbəkə (P4H), Beynəlxalq Əmək Təşkilatı və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təşkil olunan vebinarda MDB üzvü olan 3 ölkənin (Azərbaycan, Qazaxıstan və Qırğızıstan) nümayəndələri iştirak edib. Panel müzakirələrinə isə müxtəlif ölkələrdən 300-dən çox iştirakçı dinləyici qismində qoşulub.

Tədbirin keçirilməsində məqsəd ölkələrin əhalinin sağlamlığının qorunması və səhiyyənin maliyyələşdirilməsi sahəsində əldə etdikləri təcrübəni və nailiyyətləri  digər ölkələrlə bölüşməsinə imkan yaratmaq və bu sahədəki bilikləri artırmaqdır.

P4H Şəbəkəsi Universal Tibbi Təminat üçün əhalinin sağlamlığının qorunmasına və səhiyyənin maliyyələşdirilməsi üzrə formalaşdırılan qlobal şəbəkədir. Şəbəkə bu sahədə effektiv nəticənin əldə olunmasına dəstək üçün texniki əməkdaşlıq  və dialoq imkanı yaradır. 2007-ci ildə “Böyük səkkizlik” ölkələrinin Almaniyada keçirdiyi sammitində yaradılan Şəbəkə Universal Tibbi Təminatı və Dayanıqlı İnkişaf Məqsədlərinin sağlamlıqla bağlı digər hədəflərini dəstəkləyir. Bu gün P4H şəbəkəsi Afrika, Asiya, Avropa və Amerika qitələrinin 40-dan artıq ölkəsində fəaliyyət göstərir.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri