Loading...

Zaur Əliyev “Stop Vərəm” Tərəfdaşlığının nümayəndələri ilə görüş keçirib

05.04.2022, 17:38

Aprelin 5-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanda səfərdə olan “Stop Vərəm” Tərəfdaşlığının (“Stop TB” Partnership) icraçı direktoru Luçika Ditiu və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.

Agentliyin İdarə Heyətinin sədri Azərbaycanın vərəmlə mübarizə tədbirlərini mütəşəkkil formada təşkil edən ölkələrdən biri olduğunu bildirib. Z.Əliyev əlavə edib ki, Azərbaycanda sözügedən xəstəliyin müayinə və müalicəsi vərəmlə mübarizə üzrə tədbirlər proqramı çərçivəsində aparılır.

Görüşdə vərəm xəstəliyinə qarşı mübarizə və cavab tədbirlərinin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Bununla yanaşı, “STOP Vərəm” Tərəfdaşlığı tərəfindən Azərbaycana bu sahədə texniki dəstəyin göstərilməsi, habelə Tərəfdaşlığın “Vərəmin Müalicəsi üçün Dərman Təminatı üzrə Qlobal Mexanizm” (Global Drug Facility) təşəbbüsü çərçivəsində vərəmə qarşı dərman təminatının planlı şəkildə idarəolunması və dərman preparatlarının keyfiyyətinə nəzarətin təmin edilməsi istiqamətində əməkdaşlıq imkanları da müzakirə olunub.

Fikir mübadiləsi zamanı tərəflər həmçinin əhali arasında geniş maarifləndirmə işlərinin aparılmasının vacibliyini də diqqətə çatdırıblar. Qeyd olunub ki, cəmiyyətdə vərəm xəstələrinə qarşı stiqmanın olması səbəbindən çox vaxt insanlar bu xəstəliyin daşıyıcısı olduğunu gizlətməyə çalışır, tibb müəssisələrinə isə artıq ağırlaşmış vəziyyətdə müraciət edirlər. Bu da öz növbəsində vərəmə yoluxma hallarının artmasına gətirib çıxarır.

Görüşdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri vəzifəsini icra edən Vüqar Qurbanov, TƏBİB-in Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva, Agentliyin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Ruslan Abdullayev, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova, “Stop Vərəm” Tərəfdaşlığının vəkillik və texniki məsələlər üzrə rəhbəri Əsgər İsmayılov, Tərəfdaşlığın  regional məsləhətçisi Natavan Əlixanova və kommunikasiya üzrə mütəxəssisi Honey Mehta, Vərəm əleyhinə QHT Koalisiyası və “Sağlamlığa Xidmət” İctimai Birliyinin sədri Elçin Muxtarlı iştirak ediblər.

Qeyd edək ki, Azərbaycanda səfərdə olan “Stop Vərəm” Tərəfdaşlığının icraçı direktoru və onu müşayiət edən nümayəndə heyəti aprelin 4-də Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş konfransda iştirak ediblər.

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri