Loading...

“Ana və Uşaq Sağlamlığı üzrə SMS maarifləndirmə” pilot layihəsinə start verilib

14.08.2019, 10:22

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) arasında imzalanan Anlaşma Memorandumu çərçivəsində Mingəçevir şəhərində yerləşən Ailə Sağlamlıq Mərkəzlərində “Ana və Uşaq Sağlamlığı üzrə SMS maarifləndirmə” pilot layihəsinə start verilib.

Layihənin həyata keçirilməsində məqsəd ana olmağa hazırlaşan qadınların hamiləliyin ilkin vaxtlarında­ zəruri müayinələrdən keçmək, müvafiq pəhriz, həftələr və trimesterlər üzrə körpənin ana bətnindəki inkişafı və doğumdan sonra ana südü ilə qidalanmanın əhəmiyyəti barədə məlumatlandırılması ilə yanaşı, SMS ismarıcın maarifləndirmə vasitəsi kimi təsir gücünün sınanmasıdır. Belə ki, qeyd olunan təşəbbüs çərçivəsində hamilə qadınlara hamiləlik dövrü üçün vacib məlumatları, sağlam həyat tərzi ilə bağlı vərdişlər və həkim məsləhətlərini özündə əks etdirən 25 SMS-lik maarifləndirmə paketi təqdim edilir. Layihənin sonunda həmin paketi almış hamilə qadınlardan bilik və vərdişlərində yaranmış dəyişikliklər üzrə tele-sorğu keçiriləcək.

SMS mətnlərin hazırlanmasında Respublika Perinatal Mərkəzinin mütəxəssisləri iştirak ediblər.

Qeyd olunmalıdır ki, ölkənin aparıcı mobil operatorları korporativ sosial məsuliyyətləri çərçivəsində abonentlərinə göndərilən SMS-lərin xərclərini öz üzərilərinə götürməklə sözügedən layihəyə dəstək göstəriblər.

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri