Loading...
Rəsmi vebsaytları necə tanımalı?

Rəsmi vebsayt linkləri .gov.az ilə bitir.

Dövlət qurumları .gov.az domenləri (məsələn, my.gov.az) vasitəsilə əlaqə qurur. Rəsmi vebsaytların siyahısı

Təhlükəsiz vebsaytlar HTTPS protokolundan istifadə edir.

Əlavə təhlükəsizlik tədbiri kimi, URL çubuğunda kilid işarəsinin və ya https:// prefiksinin mövcudluğunu yoxlayın. Həssas məlumatlarınızı yalnız rəsmi və təhlükəsiz saytlarda paylaşın.
search

Həkimlərin əməkhaqları artırılacaq

02.05.2022, 08:15

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə  31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra net məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur.

İcbari Tibbi Sığorta üzrə Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəldilməsi və tibb işçilərinin sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı tədbirlərin həyata keçirildiyini  bildirib.

“Bu, səhiyyə işçilərinin əməyinin ödənilməsi qaydasına edilən sayca 5-ci dəyişiklikdir. Çalışırıq tibbi xidməti alan tərəf məmnun olduğu qədər xidməti verən  tibb işçiləri də icbari tibbi sığortanın tətbiqindən razı qalsın. Məqsədimiz tibb işçilərinin sosial rifahını yaxşılaşdırmaq və tibbi xidmətləri vətəndaşlara əlçatanlığı təmin etməkdir. Hazırkı artım 31 ixtisas üzrə çalışan 8 minə yaxın həkimə şamil olunacaq. 17 ixtisas üzrə çalışan həkimlərin (Cədvəl 1) maaşında artım 2 dəfəyədək təşkil edəcək. 14 ixtisas üzrə çalışan həkimin (Cədvəl 2) maaşında isə artım 20-90% arası dəyişəcək. Maliyyə imkanları artdıqca çalışacağıq ki, səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına yenidən baxaraq onların sosial müdafiəsini daha da gücləndirək.”.

Cədvəl -1

Həkim – allerqoloq

Həkim – psixiatr

Həkim – dermatoveneroloq

Həkim – oftalmoloq

Həkim – endokrinoloq

Həkim-mama-ginekoloq

Həkim – fizioterapevt

Həkim – pulmonoloq

Həkim – infeksionist

Həkim – revmotoloq

Həkim – kardioloq

Həkim – terapevt

Həkim – narkoloq

Həkim – toksikoloq

Həkim – nevroloq

Həkim – travmatoloq – ortoped

Həkim – pediatr

 

 

Cədvəl -2

Həkim – nefroloq

Həkim – epidemioloq

Həkim – ftiziatr

Həkim – hematoloq

Həkim – neonatoloq

Həkim – diyetoloq

Həkim – genetik

Müalicəvi bədən tərbiyəsi üzrə mütəxəssis

Həkim – laborant

Psixoloq

Həkim – otorinolarinqoloq

Loqoped

Həkim – mikrobioloq

Həkim – uroloq

 

Nəzərdə tutulan maaş artımı üzrə illik əlavə maliyyə xərci təqribi 100 milyon manat təşkil edir.

Qaydaya dəyişikliklərin 2022-ci ilin 1 iyun tarixinədək qüvvəyə minməsi nəzərdə tutulur.

Qeyd edək ki, bundan əvvəl səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydasına edilən digər bir dəyişiklik səhiyyə işçilərinə bilavasitə ixtisası üzrə çalışdıqları hallarda elmi dərəcələrə görə ödənilən əlavələrin məbləğlərinin artırılması ilə bağlı olmuşdur. Belə ki, elmlər doktoru və fəlsəfə doktoru elmi dərəcələrinə görə ödənilən əlavələr 20 manat artırılaraq, müvafiq olaraq 100 və 60 manata çatdırılmışdır.

Bundan başqa reanimasiya, intensiv terapiya və anesteziologiya, toksikologiya şöbələrində, intensiv terapiya bloklarında/bölmələrində çalışan həkimlərə həm gecə, həm də gündüz növbəsi zamanı tibbi xidmət göstərilən hər pasiyent üçün 5 manat ödəniləcək. Bundan əvvəl hər pasiyent üçün sözügedən şöbələrdə çalışan həkimlərə yalnız gecə növbəsi zamanı tibbi xidmət göstərilən zaman əlavə ödənilirdi.

Son xəbərlər

Zaur Əliyev Kəlbəcər şəhərində vətəndaşları qəbul edib
18.03.2026
Ətraflı oxu arrow-right-blue
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə icbari tibbi sığorta ilə 109 mindən çox tibbi xidmət göstərilib
11.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari tibbi sığorta hesabına qadınlara 5 milyondan çox ginekoloji tibbi xidmət göstərilib
06.03.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik Beynəlxalq Sosial Təminat Assosiasiyasına rəsmi tərəfdaş üzv qismində qəbul olunub
04.03.2026
Ətraflı oxu arrow-right-blue
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 10 illik yubiley tədbiri keçirib
26.02.2026
Ətraflı oxu arrow-right-blue
Zaur Əliyev Şirvan şəhərində vətəndaşları qəbul edib
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Koxlear implantasiyadan sonra cihazın əvəzlənməsi və yenilənməsi artıq icbari tibbi sığorta ilə qarşılanır
25.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentliyin nümayəndə heyəti Avstraliya İttifaqına işgüzar səfər edib
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Agentlik və Serbiya Respublikasının Milli Tibbi Sığorta Fondu arasında Anlaşma Memorandumu imzalanıb
17.02.2026
Ətraflı oxu arrow-right-blue
Böyrəklərdə sakit təhlükə - hidronefrozun müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
12.02.2026
Ətraflı oxu arrow-right-blue