Loading...

“Birləşmiş Krallıq səhiyyə sahəsində tərəfdaşınızdır” mövzusunda konfrans keçirilib

05.05.2022, 16:47

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı Səfirliyinin təşkilatçılığı ilə “Birləşmiş Krallıq səhiyyə sahəsində tərəfdaşınızdır” mövzusunda konfrans keçirilib.

Konfransda Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Şarp, Azərbaycan Respublikasının Səhiyyə nazirinin müavini Rasim İsmayılov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev açılış nitqi ilə çıxış ediblər.

Zaur Əliyev Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə bağlı görülən işlərdən danışıb. İdarə Heyətinin sədri bildirib ki, səhiyyə xidmətinin təşkili sahəsində, səhiyyə sahəsində dövlət-özəl sektoru tərəfdaşlığının qurulması və inkişaf etdirilməsində Böyük Britaniyanın təcrübəsi Agentlik üçün xüsusilə maraqlıdır.

Tədbirin rəsmi açılış hissəsindən sonra konfransda Böyük Britaniyanın ölkəmizdəki səfirliyinin əməkdaşları və Böyük Britaniyanın laboratoriya diaqnostikası üzrə ixtisaslaşmış şirkətinin nümayəndələri təqdimatlarla çıxış ediblər.

Təqdimatlarda şirkətinin istehsal etdiyi avtomatlaşdırılmış laborator analizatorlar, kimyəvi reaktivlər, molekulyar diaqnostika və laborator tədqiqatların keyfiyyətinə nəzarəti təmin etmək üçün tələb olunan məhsullar haqqında geniş məlumat verilib.

 

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri