Loading...

Dünya Bankının nümayəndələri ilə Agentlikdə görüş keçirilib

19.05.2022, 14:13

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) İdarə Heyətinin sədri Zaur Əliyev Azərbaycanda səfərdə olan Dünya Bankının Avropa və Mərkəzi Asiya regionu üzrə səhiyyə, qidalanma və əhali sahəsində Praktikasının Meneceri Tania Dmitraçenko ilə görüşüb.

Görüşdə “Elektron Səhiyyə və Tibbi İddiaların İdarə edilməsi Sisteminin İnkişafı” üzrə texniki yardım layihəsi çərçivəsində Dünya Bankının dəstəyi ilə ötən ildən səhiyyənin rəqəmsallaşması və tibbi iddiaların idarə edilməsi sisteminin gücləndirilməsinə yönəlmiş layihə haqqında fikir mübadiləsi aparılıb. Bildirilib ki, beynəlxalq mütəxəssislər icbari tibbi sığorta çərçivəsində əhaliyə göstərilən tibbi xidmətlərin dəyərinin tibb müəssisələrinə ödənilməsi mexanizmini və  tibbi iddiaların idarə edilməsi sistemini təhlil edirlər. Səfər müddətində qonaqlar tibb təchizatçılarına ödənişlərin həyata keçirilməsi mexanizminin mövcud vəziyyəti ilə əyani tanış olmaq üçün tibb müəssisələrinə baş çəkəcəklər.

Nümayəndə heyəti həmçinin elektron səhiyyə sisteminin gücləndirilməsi məqsədi ilə Səhiyyə Nazirliyi, TƏBİB və digər maraqlı tərəflərlə görüşlər keçirəcək. Layihənin sonunda Dünya Bankının Azərbaycanının 2022-2026-cı illəri əhatə edən Səhiyyə ilə bağlı Milli İnformasiya Strategiyasının layihəsi və tibbi iddiaların idarə edilməsi sisteminin inkişafı ilə bağlı texniki tövsiyələri müvafiq qurumlara təqdim olunacaq.

 

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri