Loading...

Qax və Zaqatala rayonlarında icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib

06.08.2019, 15:10

6 avqust 2019-cu il tarixində Qax və Zaqatalada həmin rayonların icra hakimiyyətlərinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) təşkilatçılığı ilə “Ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi” mövzusunda növbəti silsilə maarifləndirici tədbirlər keçirilib. Tədbirlərin keçirilməsində məqsəd əhalini icbari tibbi sığorta sistemi, sistemin üstünlükləri, ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə hazırlıq barədə məlumatlandırmaq olub.

Qax rayonunda baş tutan tədbirdə Qax Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nəzir Nəsirov, Qax rayon Mərkəzi Xəstəxanasının baş həkimi Tərlan Əhmədzadə, Zaqatala rayonunda Zaqatala Rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Süleymanova, Zaqatala rayon Mərkəzi Xəstəxanasının baş həkimi Məcid Əliyev, Agentliyin əməkdaşları Pərvin Baxşəliyeva, Elvin Abbasov və Vüsal Əzizov çıxış ediblər.

Qax və Zaqatala Rayon İcra Hakimiyyətlərinin nümayəndələri bildiriblər ki, maarifəndirmə tədbiri “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” ölkə başçısının imzaladığı Fərmana əsasən həyata keçirilir. Qeyd olunub ki, əhalinin sağlamlığının qorunması və göstərilən tibbi xidmətlərin keyfiyyətinin artırılması məqsədilə gələn ildən ölkə üzrə icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulub.

Həmin rayonların mərkəzi xəstəxanalarının baş həkimləri ölkə rəhbərliyi tərəfindən səhiyyə sistemində aparılan islahatlar, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, icbari tibbi sığortanın pilot layihə çərçivəsində üç regionda uğurlu tətbiqi, sistemin üstünlükləri və s. barədə çıxış ediblər.

Agentliyin əməkdaşları iştirakçılara icbari tibbi sığortanın xidmətlər zərfi, sığortahaqları, azadolma məbləği və s. barədə geniş şəkildə məlumat veriblər. Bildirilib ki, baza hissəyə aid olan ilkin səhiyyə xidməti, təcili və təxirəsalınmaz tibbi yardım xidmətindən istifadə bütün vətəndaşlar üçün ödənişsizdir. Xidmətlər zərfinin əlavə hissəsinə aid olan ixtisaslaşdırılmış tibbi yardımdan istifadə etmək üçün isə sığortahaqqı ödənilməlidir. Eyni zamanda bildirilib ki, imtiyazlı əhali qrupları sığortahaqqından azaddırlar.

Sonda vətəndaşları maraqlandıran suallar Agentliyin əməkdaşları tərəfindən cavablandırılıb və iştirakçılara maarifləndirici buklet paylanılıb.

07 avqust tarixində maarifləndirici tədbirin Şəki və Oğuz rayonlarında keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, bundan əvvəl maarifləndirici tədbir Quba, Qusar və Balakən rayonlarında keçirilib.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri