Loading...

Azərbaycanın 15 dövlət tibb müəssisəsinin rəhbər heyəti Ankara Universitetinin təlimində iştirak edir

08.06.2022, 14:30

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) ilə Ankara Universiteti arasında imzalanmış “Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dair Protokol” çərçivəsində cari ilin 30 may - 10 iyun tarixlərində Ankara Universitetində “Xəstəxanaların idarə edilməsi” mövzusunda təlim təşkil olunur. Təlimin keçirilməsində məqsəd xəstəxanaların inzibati heyətinin bilik və bacarıqlarını inkişaf etdirməklə icbari tibbi sığortanın tətbiq edildiyi tibb müəssisələrinin hazırkı idarəetmə mexanizmini beynəlxalq təcrübəyə uyğunlaşdırmaqdır.

Ankara Universiteti və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı ilə baş tutan təlimdə Agentliyin İdarə Heyəti sədrinin müavininin rəhbərlik etdiyi nümayəndə heyəti, həmçinin Ağcabədi, Beyləqan, Bərdə, Quba, Ucar, Qəbələ, Saatlı, Ağdaş rayon mərkəzi xəstəxanalarının, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının, habelə Kliniki Tibbi Mərkəzin və Sumqayıt, Nərimanov, Xəzər, Pirallahı, Lökbatan tibb mərkəzlərinin direktorları və müavinləri iştirak edir.

Təlim proqramının açılışında çıxış edən Agentliyin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova təlim proqramının təşkili üçün Ankara Universitetinə və TİKA-ya təşəkkürünü bildirərək tədbirin əhəmiyyətindən danışıb: “Azərbaycanda icbari tibbi sığortanın tətbiqi ilə tibb müəssisələrində idarəetmənin beynəlxalq standartlara uyğunlaşdırılması zərurəti yarandı. Tibb müəssisələrinin effektiv idarə edilməsi əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə təkan verən faktordur. Bu səbəbdən hesab edirəm ki, xəstəxanaların idarə edilməsinə həsr olunan 11 günlük təlim bu işə böyük töhfə verəcəkdir. Mən təlim proqramını hazırlayıb ərsəyə gətirən Ankara Universitetinin professor və müəllim heyətinə, şəxsən universitetin rektoru cənab Necdet Ünüvara və TİKA-nın rəhbəri Serkan Kayalara xüsusi təşəkkürümü bildirirəm. Əminəm ki, Ankara Universiteti ilə gələcək əməkdaşlığımız çərçivəsində qarşıda bizi olduqca faydalı layihələr gözləyir”.

Qeyd edək ki, Ankara Universitetinin Tibb elmləri fakültəsinin Səhiyyənin idarə edilməsi bölməsinin professorları tərəfindən keçirilən təlimdə tibb müəssisələrinin büdcəsinin və fəaliyyət keyfiyyətinin idarə edilməsi, xəstəxanaların akkreditasiyası, layihələrin qiymətləndirilməsi, qərar vermə metodları, insan resurslarının idarə edilməsi, marketinq və ictimaiyyətlə əlaqələr kimi mövzular tədris olunur.

Təlimçilər həmçinin iştirakçıları beynəlxalq səhiyyə siyasəti və islahatları, səhiyyənin informasiya sistemlərinin idarə olunması, səhiyyə iqtisadiyyatı və iqtisadi qiymətləndirmə, tibbi sığorta və xəstəxana münasibətləri ilə bağlı beynəlxalq təcrübə haqqında məlumatlandırırlar.

Bununla yanaşı, proqram çərçivəsində təlim iştirakçıları tədris edilən mövzular üzrə əyani tanışlıq üçün Bilkent Şəhər Xəstəxanası və Ankara Universitetinin İbni Sina Xəstəxanasını ziyarət ediblər. Xəstəxanaların Təcili Tibbi Yardım sahələri, klinikaları və reanimasiya şöbələri ilə tanış olan iştirakçılara xəstəxanaların fəaliyyəti haqqında ətraflı məlumat verilib.

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri