Loading...

İyun ayında icbari tibbi sığorta çərçivəsində 3,4 milyondan çox tibbi xidmət göstərilib

25.07.2022, 10:00

     İyun ayında icbari tibbi sığorta çərçivəsində 3,4 milyondan çox tibbi xidmət göstərilib            

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2022-ci ilin iyun ayında icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı statistik göstəriciləri təqdim edir.

İyun ayında dövlət tibb müəssisələrinə 813 942 şəxs 1 479 929 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 3 453 419 olub. Tibbi xidmətlərin 84 %-i ambulator, 16 %-i stasionar şəraitdə göstərilib. Pasiyentlərin 29 %-ni uşaqlar, 71 %-ni isə böyüklər təşkil edib.

Pasiyentlərin müraciəti əsasən ümumi tibbi müayinə, endokrin sistemin xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, tənəffüs sistemi xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, həzm sisteminin xəstəlikləri,  sidik-cinsiyyət sisteminin xəstəlikləri, göz və gözün əlavə aparatının xəstəlikləri, zədələr və zəhərlənmələr, habelə sinir sistemi xəstəlikləri ilə bağlı olub.

Bakı şəhəri üzrə tibbi statistik göstəricilər

Bu ilin iyun ayında Bakı şəhəri üzrə dövlət tibb müəssisələrinə 320 331 şəxs 627 393 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 1 467 741 olub. Beləliklə, ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 42 %-i və göstərilən tibbi xidmətlərin 43 %-i Bakı şəhərinin payına düşür.  

Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu təqdim edirik: Bakı Baş Səhiyyə Mərkəzi, Nərimanov Tibb Mərkəzi, Kliniki Tibbi Mərkəz, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Sabunçu Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Binəqədi Tibb Mərkəzi, Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu, Xəzər Tibb Mərkəzi və Mərkəzi Neftçilər Xəstəxanası.

63 şəhər və rayon üzrə tibbi statistik göstəricilər

Cari ilin iyun ayında Bakı şəhəri istisna olmaqla, 63 şəhər və rayon üzrə dövlət tibb müəssisələrinə 509 997 şəxs 852 536 dəfə müraciət edib. Vətəndaşlara göstərilən tibbi xidmətlərin sayı isə 1 985 678 olub. Beləliklə, ölkə üzrə qeydə alınan ümumi müraciət sayının 58 %-i və göstərilən tibbi xidmətlərin 57 %-i regionların payına düşür.

Ən çox tibbi xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğunu təqdim edirik: Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası, Bərdə, Abşeron, Yevlax, Balakən, Quba, Xaçmaz və Ağdaş rayon mərkəzi xəstəxanaları.

İcbari tibbi sığorta çərçivəsində özəl tibb müəssisələrində göstərilən xidmətlər

2022-ci ilin yanvar-may ayları ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində aparılması mümkün olmayan əməliyyat və xidmətlərlə bağlı özəl tibb müəssisələrinə göndəriş əldə edən vətəndaşlar 22 168 tibbi xidmətdən yararlanıb. Bu xidmətlərdən 485-i uşaqlara, 21 683-ü isə böyüklərə göstərilib.

Sözügedən tibbi xidmətlərdən 7 156-nı oftalmoloji əməliyyatlar, 6 306-nı invaziv radiologiya xidmətləri, 5 236-nı ürək-damar cərrahiyyəsi, 959-nu urologiya, 922-ni neyrocərrahiyyə, 278-ni travmatologiya, 221-ni ümumi cərrahiyyə, 131-ni LOR, 54-nü isə ginekologiya və doğuş üzrə aparılan əməliyyatlar təşkil edib. Digər sahələr üzrə icra olunan əməliyyatların sayı isə 283-dür. İcra olunan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayı isə müvafiq olaraq 65557 olmuşdur. Qeyd edək ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı cari ilin yanvar-may ayları üzrə davam edir.

 

Son xəbərlər

Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Pirallahı Tibb Mərkəzinə media-tur təşkil olunub
02.05.2025
Ətraflı oxu
“Yanıq yaralarının müalicəsi” mövzusunda təlimə start verilib
28.04.2025
Ətraflı oxu
MRT və KT müayinələri üçün yeni ödəmə qaydası tətbiq olunacaq
25.04.2025
Ətraflı oxu
Zaur Əliyev Ağcabədi rayonunda vətəndaşları qəbul edib
24.04.2025
Ətraflı oxu
İcbari tibbi sığorta ilə 50 mindən artıq angioqrafiya müayinəsi aparılıb
24.04.2025
Ətraflı oxu
Türkiyənin Sosial Müdafiə Qurumunun nümayəndə heyəti Azərbaycana səfər edib
22.04.2025
Ətraflı oxu
Qadınlarda yumurtalıq xərçəngi riskini azaldan əməliyyat icbari tibbi sığorta təminatına daxildir
17.04.2025
Ətraflı oxu
Agentliyin nümayəndə heyəti İsrail Dövlətində işgüzar səfərdə olub
11.04.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri