Loading...

Agentliyin “1542” Çağrı mərkəzinə cari ilin ilk 6 ayı ərzində 83 866 müraciət daxil olub

26.07.2022, 14:17

2022-ci ilin yanvar-iyun ayları ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) “1542” Çağrı mərkəzinə ümumilikdə 83 866 müraciət daxil olub. Çağrı mərkəzinin icbari tibbi sığorta ilə bağlı xəttinə 15 848, əlillik məsələləri ilə bağlı xəttinə 4051, koronavirusla bağlı xəttinə 2702, operator ilə əlaqə xəttinə isə 61 265 müraciət daxil olub.

İcbari tibbi sığorta xəttinə daxil olan müraciətlərin əksəriyyəti müayinə, müalicə və dərman təminatı barədə olub.

Koronavirusla bağlı xəttə daxil olan müraciətlərin mövzuları aşağıdakı kimi olub:

  • Koronavirus xəstəliyi haqqında ümumi məlumatla bağlı – 388 müraciət

  • Vaksinasiya ilə bağlı - 1478 müraciət

  • COVID-19 testinin nəticəsi ilə bağlı – 836 müraciət

Çağrı mərkəzinə daxil olan bütün müraciətlər operativ şəkildə cavablandırılıb, araşdırma tələb edən məsələlər aidiyyəti üzrə müvafiq struktur bölmələrə yönləndirilib və müraciət edən şəxslər araşdırmaların nəticələri barədə məlumatlandırılıblar.

Məlumat üçün bildirək ki, Agentliyin Çağrı mərkəzi 4 yönəldici xətt üzrə xidmət göstərir. Çağrı mərkəzinin icbari tibbi sığorta xətti (1542-1), əlillik məsələləri ilə bağlı xətti (1542-2), koronavirusla bağlı xətti (1542-3), sözügedən xəttin koronavirus xəstəliyi haqqında ümumi məlumat əldə edilməsi ilə bağlı alt xətti (1542-3-1), vaksinasiya ilə bağlı alt xətti (1542-3-2), COVID-19 testinin nəticəsi ilə bağlı alt xətti (1542-3-3) həftəiçi 5 gün 09:00-dan 18:00-dək, operator ilə əlaqə xətti (1542-0) isə 7/24 fəaliyyət göstərirlər.

 

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri