Loading...

Regionlarda icbari tibbi sığorta haqqında maarifləndirmə tədbirləri davam edir

26.08.2022, 15:18

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) və müvafiq yerli icra hakimiyyəti orqanlarının birgə təşkilatçılığı ilə 2022-ci ilin iyun ayından etibarən regionlarda maarifləndirmə tədbirlərinə start verilib.

İyun-avqust aylarında təşkil olunan maarifləndirici görüşlər respublikanın 12 bölgəsini əhatə edib. Gəncə şəhəri, Göygöl, Siyəzən, Qusar, Ağcabədi, Beyləqan, Ağdam, Füzuli, Salyan, Cəlilabad, Masallı və Astara rayonlarında keçirilən tədbirlərdə Agentliyin Gəncə, Cəlilabad, Quba, Lənkəran və Ağcabədi filiallarının rəhbərləri ilə yanaşı yerli icra hakimiyyəti orqanlarının, həmçinin şəhər və rayon mərkəzi xəstəxanalarının məsul əməkdaşları iştirak ediblər.

Maarifləndirici görüşlərə müxtəlif idarə, müəssisə və təşkilatların, habelə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin əməkdaşları və digər əhali kateqoriyalarından vətəndaşlar dəvət olunublar.

Agentliyin filial rəhbərləri tərəfindən  iştirakçılara icbari tibbi sığorta sistemi,  icbari tibbi sığorta haqları, Xidmətlər Zərfi ilə təminat verilən tibbi xidmətlər, TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri haqqında ətraflı məlumat verilib. Bununla yanaşı vətəndaşlara dövlət tibb müəssisələrində və Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydaları izah olunub.

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb.

Əhalinin icbari tibbi sığorta ilə bağlı maarifləndirilməsində Agentliyə dəstək olan bütün tərəfdaşlarımıza dərin təşəkkürümüzü bildirir və əməkdaşlığımızın davamlı olmasını arzulayırıq.

Məlumat üçün bildiririk ki, hər bir qurum əməkdaşlarının icbari tibbi sığorta sistemi haqqında məlumatlılığının artırılması ilə bağlı Agentliyə müraciət edə bilər. Agentlik canlı və ya onlayn formada məlumatlandırıcı sessiya keçirir. Sessiyanın təşkili üçün press@its.gov.az ünvanına müraciət edə bilərsiniz.

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri