Loading...

“Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi” tvinninq layihəsinin birinci komponenti üzrə görüş keçirilib

12.09.2022, 17:38

“Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi” tvinninq layihəsi çərçivəsində seminar keçirilib. Seminar əhaliyə keyfiyyətli tibbi xidmətlərin göstərilməsini təmin etmək üçün icbari tibbi sığorta sisteminin hüquqi və institusional bazalarının gücləndirilməsini əhatə edən layihənin birinci komponenti üzrə keçirilib.

Seminarda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti sədrinin müavini Nigar Bayramova, Agentliyin aidiyyəti departamentlərinin nümayəndələri, Litva Respublikasının Dövlət Tibbi Sığorta Fondunun Hüquq department rəhbərinin müavini Evelina Qalçiute və Fondun Hüquq şöbəsinin rəhbəri Tomas Ragauskas, Tvininq layihəsinin rezident müşaviri Qediminas Çerniauskas iştirak ediblər.

Təqdimatla çıxış edən litvalı ekspertlər öz ölkələrinin səhiyyə sistemi, səhiyyə qurumlarının fəaliyyət istiqamətləri, Xidmətlər Zərfinin formalaşdırılması və tibb təchizatçıları ilə müqavilələrin bağlanması meyarları haqqında ətraflı məlumat veriblər.

Qeyd edək ki, tvinninq layihəsi Avropa İttifaqının maliyyə dəstəyi, Litva Respublikasının Səhiyyə Nazirliyi nəzdində Dövlət Tibbi Sığorta Fondu və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə həyata keçirilir.

Layihənin məqsədi Avropanın qabaqcıl təcrübələrinə uyğun olaraq ölkəmizdə səhiyyə xidmətlərinin keyfiyyətinin və əlçatanlığının yaxşılaşdırılmasına dəstək olmaqla Azərbaycanda dövlət səhiyyə sektorunun dayanıqlılığının gücləndirilməsinə töhfə verməkdir.

Məlumat üçün bildiririk ki 2017- 2019-cu illərdə Avropa İttifaqının maliyyə dəstəyi ilə “Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqinə dəstək”  tvinninq layihəsi icra olunub. Hazırda icrasına başlanılan “Azərbaycanda icbari tibbi sığorta mexanizmlərinin gücləndirilməsi” tvinninq layihəsi əvvəlki layihənin II mərhələsi kimi davam etdirilir.

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri