Loading...

Tənha ahıllar üçün tibbi müayinələr təşkil olunub

30.09.2022, 14:35

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) və akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun təşkilatçılığı ilə Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət Müəssisəsində səyyar tibbi müayinələr təşkil olunub.

1 Oktyabr – Beynəlxalq ahıllar gününə həsr edilmiş tibbi müayinələrin keçirilməsində əsas məqsəd müəssisədə məskunlaşmış ahıl sakinlərdə xəstəlikləri erkən mərhələdə aşkarlamaq və ağırlaşmaların qarşısını almaqdır. 2 gün davam edən aksiya müddətində icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınan müayinələrə 75 nəfər cəlb olunub.

Ahıl şəxslərin  ümumi vəziyyətlərinin dəyərləndirilməsi üçün laborator analizlər keçirilib. Belə ki, qanın ümumi və biokimyəvi göstəricilərini, qalxanabənzər vəzinin hormonlarının, D vitaminin səviyyələrini müəyyən etmək üçün qan nümunələri götürülərək laborator müayinəyə göndərilib.

Aksiya çərçivəsində ixtisaslı həkimlər - həkim kardioloq, həkim-endokrinoloq, həkim-nevroloq, həkim-cərrah, həkim-travmatoloq - tərəfindən də diaqnostik müayinələr aparılıb. 36 nəfər exokardioqrafiya (EXO), 50 nəfər isə elektrokardioqramma (EKQ) müayinələrindən keçib.

Sosial baxımdan həssas əhali qrupuna aid şəxslərin sağlamlığının qorunması  istiqamətində analoji tədbirlərin Agentlik tərəfindən bundan sonra da davam etdirilməsi nəzərdə tutulur.

 

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri