Loading...

İnformasiya texnologiyaları sahəsində təhsilini bitirmiş könüllülər Agentlikdə işə qəbul olunub

07.10.2022, 10:00

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) könüllü fəaliyyətin tənzimlənməsi və gənclər siyasəti barədə qanunvericiliyə əsasən, bu sahədə dövlət tərəfindən aparılan siyasətə dəstək olaraq mart-aprel ayları ərzində “İnformasiya texnologiyaları (İT) sahəsi üzrə Könüllü Proqramı” təşkil edib. Proqramın məqsədi gənclərin İT sahəsindəki potensialından daha səmərəli istifadə etmək, onların bu sahədə əlavə təcrübə qazanmasına şərait yaratmaq, perspektivli gənclərin kəşf edilməsinə və peşəkar kadrların hazırlanmasına töhfə verməkdir.

Cari ilin mart ayında elan olunan proqramda iştirak etmək üçün Agentliyə 504 müraciət daxil olub. Onlardan 168 namizəd seçilərək aprel ayında keçirilən test imtahanına dəvət olunub. Namizədlər İT sahəsində təhsil alan və bu sahə üzrə bakalavriat və magistratura səviyyələrində məzun olan şəxslər olub. Test imtahan mərhələsini uğurla başa vuran 63 namizəddən 24-ü müsahibəni də uğurla başa vurub.

Proqram çərçivəsində könüllülər 3 ay ərzində Agentliyin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin 5 departamentində qruplara bölünərək könüllü fəaliyyət göstəriblər.

İT sahəsi üzrə təcrübə keçən könüllülər üçün layihə təqdim olunub və uğurla tamamlanıb. İT infrastruktur, şəbəkə inzibatçılığı, məlumat inzibatçılığı, informasiya sistemlərinin təhlükəsizliyi sahələri üzrə könüllülər test çalışmaları edərək uğurlu nəticələr əldə ediblər. Könüllülər ümumi iş prosesi, komanda ilə işləmə bacarığı, digər istiqamətlər üzrə müvafiq təlimlər keçərək təcrübə qazanıblar. 

Uğurlu nəticələr əldə etmiş 12 nəfər 3-5 oktyabr tarixlərində Agentliyin İnformasiya Texnologiyaları və İnnovasiyalar İdarəsinin müxtəlif şöbələrində kiçik mütəxəssis vəzifəsi üzrə işə qəbul edilib. İşə qəbul olunmuş gənclərin əksəriyyəti (70%) hazırda magistratura səviyyəsində təhsil alan tələbələrdir. 11 nəfər Agentlikdə ilk iş yeri olaraq əmək fəaliyyətinə başlayıb.

Ən yaxşı nəticə göstərmiş digər şəxslər sertifikatla təmin olunublar. Əldə etdikləri yüksək nəticələrə görə Agentlik tərəfindən onlar haqqında xasiyyətnamələr tərtib edilib.  Gələcəkdə uyğun vakansiya olduqda yenidən dəyərləndirmək məqsədilə onların məlumatları Agentliyin kadr ehtiyat bazasına daxil edilib.

Qeyd edək ki, bu, İT sahəsində könüllülərin iştirakı ilə Agentlik tərəfindən icra olunan ilk böyük layihədir. Layihənin uğurlu icrası nəticəsində iştirakçılar arasında yüksək məmnunluğa nail olunub.

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri