Loading...

Cənub bölgəsində ana və uşaq ölümlərinin azaldılması ilə bağlı layihəyə start verilib

25.10.2022, 14:10

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik), Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və BMT-nin Əhali Fondunun (UNFPA) birgə təşkilatçılığı ilə Lənkaran şəhərində “Təhlükəsiz analıq” adlı pilot layihənin təqdimatı keçirilib. Cənub bölgəsində ana ölümlərinin qarşısının alınmasına yönəlmiş layihənin təqdimatında Agentlik, TƏBİB, İctimai Səhiyyə və İslahatlar Mərkəzi, Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutu, UNFPA, Lənkəran Rayon Mərkəzi Xəstəxanasının nümayəndələri çıxış edərək layihə müddətində görüləcək işlər haqqında məlumat veriblər. Çıxış edənlər əhalinin reproduktiv sağlamlığının qorunması baxımından layihənin əhəmiyyətindən danışıb.

Layihənin birinci mərhələsində doğum və reproduktiv sağlamlıq sahəsində çalışan tibb personalının potensialının artırılması nəzərdə tutulub. Bu məqsədlə UNFPA-nın ekspertləri tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanası, Lənkəran Regional Perinatal Mərkəzi, Ailə Sağlamlıq Mərkəzlərinin mamalıq və ginekologiya üzrə həkim və orta tibb heyətinə  təlimlər keçiriləcək.

Üç mərhələdən ibarət layihə müddətində həmçinin ailə planlaması, arzuolunmayan hamiləliklərə vaxtında müdaxilə və hamiləliyin planlaşdırılması kimi prioritet mövzular üzrə əhali arasında müxtəlif maarifləndirmə tədbirlərinin keçirilməsi planlaşdırılıb.

2023-cü ilin sonunadək davam edəcək layihə çərçivəsində həmçinin ana və uşaq sağlamlığının qorunması ilə bağlı kliniki protokolların və metodik vasitələrin yenilənməsi üçün tövsiyələrin hazırlanması nəzərdə tutulur. Məqsəd qarşısı alına bilən ana və uşaq ölümü hallarının azalmasına nail olmaq və layihəni Azərbaycanın digər regionlarında tətbiq etməkdir.

Qeyd edək ki, cari ilin 21 iyun tarixində Agentlik və UNFPA Azərbaycan nümayəndəliyi arasında əməkdaşlığa dair niyyət protokolu imzalanıb. Protokola əsasən, Azərbaycanda ailə planlaması institutlarının təkmilləşdirilməsi, əhalinin reproduktiv sağlamlıq problemlərinin həlli ilə bağlı birgə fəaliyyətin təşkil edilməsi istiqamətində qarşılıqlı əsaslarla UNFPA və Agentlik arasında əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulub.

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri