Loading...

Səhiyyə infrastrukturunun inkişaf etdirilməsi sahəsində əməkdaşlıq memorandumu imzalanıb

05.11.2022, 11:53

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik), Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA),Türkiyənin “CCN” Şirkətlər Qrupu arasında Anlaşma Memorandumu imzalanıb.

Sənədi Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyev, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, “CCN” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Murat Çeçen imzalayıblar.

İmzalanma mərasimi Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO və Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) təşkilatçılığı ilə keçirilən Azərbaycan-Türkiyə Biznes Forumunda baş tutub.  Tədbirdə hər iki ölkədən dövlət rəsmiləri və iş adamları iştirak ediblər.

Sənəd Azərbaycan və Türkiyə arasında səhiyyə xidmətləri sahəsində dövlət-biznes əməkdaşlığı təcrübəsinin daha da genişləndirilməsi, ən yaxşı beynəlxalq təcrübələr əsasında səhiyyə xidmətlərinin təşkil edilməsində dövlət və özəl sektor arasında praktiki əməkdaşlığın gücləndirilməsini nəzərdə tutur.  

Son xəbərlər

Azərbaycan nümayəndə heyəti Macarıstanda işgüzar səfərdə olub
05.06.2025
Ətraflı oxu
Uşaq sığınacaqlarında tibbi müayinələr təşkil olunub
02.06.2025
Ətraflı oxu
“mygov” platformasında vətəndaşların bir sıra tibbi məlumatlara çıxış imkanları genişləndirildi
30.05.2025
Ətraflı oxu
Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 192-yə çatıb
26.05.2025
Ətraflı oxu
Zaur Əliyev Xaçmazda vətəndaşları qəbul edib
23.05.2025
Ətraflı oxu
Qlütenə qarşı həssaslığın müayinə və stasionar müalicəsi icbari tibbi sığorta ilə qarşılanır
20.05.2025
Ətraflı oxu
Plazmaferez – qanın zərərli maddələrdən təmizlənməsi icbari tibbi sığorta təminatına daxildir
15.05.2025
Ətraflı oxu
Allergiyaların diaqnostika və stasionar müalicəsi icbari tibbi sığorta hesabına göstərilir
13.05.2025
Ətraflı oxu
Mərkəzi Neftçilər Xəxtəxanasına müasir tibbi avadanlıqlar ianə edilib
07.05.2025
Ətraflı oxu
Ağciyərlərə yığılmış mayenin çəkilməsi məqsədilə 5643 prosedur icra olunub
06.05.2025
Ətraflı oxu
Zəng sifariş et
Müəssərlik Menyusu
Şriftin Növü
Şriftin Ölçüsü
Şəkillərin Təsviri